Paşinyan erməni səfirlərdən xaricdə dilənməyi tələb edir
Tarix: 31.08.2019 | Saat: 18:33:00 | E-mail | Çapa göndər



Bu günlərdə Ermənistanın digər ölkələrdə akkreditə olunmuş səfir və konsulluq işçlərini illik toplantı adı altında İrəvana yığan Paşinyan onları sərt şəkildə tənqid edib.
Nikol onları Ermənistan iqtisadiyyatı üçün heç bir iş görməməkdə, ölkəyə investisiya cəlb etməməkdə və başqa dövlətlərlə iqtisadi əlaqələri inkişaf etdirməməkdə ittiham edib. Maraqlıdır ki, həmin toplantıda Paşinyan Ermənistanın xaricdəki səfir və konsullarına sərt xəbərdarlıq da edib: ölkəyə xarici sərmayə cəlb etməyəcəyiniz halda hamınız xaricdəki şirin və qayğısız diplomatik həyatınızdan məhrum ediləcəksiniz. .
Əslində, Paşinyanın səsləndirdiyi bu fikirlərin erməni diplomatları üçün elə də bir yenilik olmadığını bildirən «ArmenianReport» saytı hələ bir müddət bundan əvvəl baş nazirin səfirlərdən “Ermənistandakı iqtisadi inqilab” da daha fəal iştirak etmələrini tələb etmişdi.
Qeyd edilməlidir ki, Paşinyanın səfirlərdən mümkün olmayan şeyləri tələb etdiyini etiraf edən sayt Hikola belə bir sual da ünvanlayır: “Ermənistanı xaricdə təmsil edən səfirlər məgər öz vəzifələrini unudaraq əcnəbilərə əl açmalıdırlarmı?”
Bundan əvvəl Ermənistana sərmayə qoyan Avropadaki erməni əsilli iş adamlarının İrəvanda necə aldadılaraq boş yola salındıqlarını yada salsaq, bunlar barədə məlumatlı olan başqa bir millətin nümayəndəsi olan iş adamının ermənilərlə iş birliyi yapması elə də inandırıcı görünmür. Bundan əlavə, Ermənistanda hansı sahələrə investisiya cəlb etmək lazım olduğunu sual kimi ortaya qoyan sayt, bunun o qədər də sadə məsələ olmadığını elə Nikolun özünə də xatırladır: “Bu gün heç kim Ermənistanda enerji sektoruna investisiya qoya bilməz, çünki bu sahə bütünlüklə rusların əlində cəmləşib. Bundan əlavə, ölkədəki ən böyük biznes cahələri də inhisara alınıb. Ölkənin əsas şəbəkələri hətta nəqliyyat şəbəkəsi də daxil olmaqla hamısı blokadadadır. Təbii ki belə olan halda Ermənistan kimi zəlil bir ölkə xarici investorlar üçün cəlbedici ola bilərmi? Əlbəttə ki, yox! Məhz bu mənada Paşinyanın erməni səfirlərdən xaricdə dilənməyi tələb etməsi onun siyasi səbatsızlığından irəli gəlir.”
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Paşinyanın “Whatsapp” yazışmaları ortaya çıxdı
20.09.2019
Cermukda şagirdlər də tətilçilərə qoşulublar
20.09.2019
Rusiya-Türkiyə əməkdaşlığı erməniləri məyus edib
19.09.2019
Rusiyanın Dövlət Duması Xəzərin hüquqi statusu haqqında Konvensiyanı ratifikasiya edib
19.09.2019
“Paşinyan çevrilişdən qorxduğu üçün güc orqanları rəhbərlərini neytrallaşdırır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info