Lerik Rəsm Qalereyasında gənc rəssamın fərdi sərgisi açılıb
Tarix: 31.08.2019 | Saat: 19:22:00 | E-mail | Çapa göndər



Lerik Dövlət Rəsm Qalereyasında rayonun Durğan kənd orta məktəbinin builki məzunu Abdulrəhman Səadətzadənin fərdi rəsm sərgisi açılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sərginin açılış mərasimində çıxış edən Lerik Dövlət Rəsm Qalereyasının direktoru Mükafat Yaqubov gənc rəssamın yaradıcılığı haqqında tamaşaçılara məlumat verərək bildirib ki, Abdulrəhman Səadətzadə rəssamlığın bütün janrlarından istifadə etməyi bacarır. O, portret, rəngkarlıq, qrafika, natürmort və digər sahələrdə fırçasını sınayaraq uğurlu sənət əsərləri yaradıb.
Lənkəran Regional Mədəniyyət İdarəsinin Lerik üzrə nümayəndəsi Müqəddəs Dənziyev, Lerik Uzunömürlülər Muzeyinin direktoru Dilarə Fətullayeva, rayondakı Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Abbasov çıxışlarında istedadlı rəssama yaradıcılıq uğurları arzulayıblar.
Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Nəsirli rəhbərlik etdiyi qurumun gənc rəssama gələcək fəaliyyətində dəstək olacağını bildirib.
Rəssamın atası Hikmət Səadətov və Abdulrəhman Səadətzadə sərginin təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.
Sərgi bir həftə davam edəcək.




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
Sabah ölkə ərazisində 27 dərəcə isti olacaq
22.09.2019
Qubanın Qırız və Xınalıq kəndlərinə qar yağıb
21.09.2019
Bazar günü Bakıda intensiv yağış, bəzi rayonlarda sulu qar, qar yağacaq
21.09.2019
Güclü küləklə əlaqədar hər kəsi ehtiyatlı olmağa çağırırıq
20.09.2019
“Məntiq-2019” intellektual bilik yarışı üzrə Masallı birinciliyi keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info