Yerevanda erməni terrorçuya abidə ucaldılması sülhsevər dünyaya və insanlığa təhqirdir
Tarix: 31.08.2019 | Saat: 20:36:00 | E-mail | Çapa göndər


Dünya Azərbaycanlıları Platformasının (DAP) Ankarada təşkil etdiyi "Dünya azərbaycanlılarının Türkiyə görüşü" adlı konfransında Ermənistanın işğalçılıq siyasətinə və terrorçuluğu dəstəkləməsinə qarşı kəskin şüarlar səsləndirilib.
AZƏRTAC xəbər verir ki, Türkiyənin Vətən Partiyasının sədri Doğu Perinçek Tələt Paşanın qatili olan erməni terrorçu Soğoman Tehliryana Yerevanda abidə ucaldılmasını sərt tənqid edib. Çıxışçı qeyd edib ki, sözügedən heykəl əsasında Tələt paşanın təhqir olunması insanlığa qarşı hörmətsizlikdir. D.Perinçekin səsləndirdiyi fikirləri dəstəklədiyini bildirən Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım saxta "erməni soyqırımı" mövzusu ilə bağlı iştirakçılara geniş məlumat verib. O diqqətə çatdırıb ki, erməni vandalları əsl soyqırımı 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində törədiblər. Azərbaycan torpaqlarının 20 faizinin təcavüzkar Ermənistan tərəfindən işğal altında saxlanılması bu dövlətinin terrorçuluq niyyətini əks etdirir. Konfrans iştirakçıları adından S.Tehliryanın Yerevandakı heykəlinin götürülməsi ilə əlaqədar dünya ictimaiyyətinə müraciət qəbul olunub. Müraciətdə qeyd olunur ki, xalqlar arasına nifrət toxumu səpən bu heykəlin mövcudluğu sülhsevər dünyaya qarşı hörmətsizlik və təhqirdir.




 
Bölməyə aid digər xəbərlər
18.09.2019
Əli Kərimli indi də Müsavatı idarə etməyə hazırlaşır?
18.09.2019
İki qardaş ölkənin dövlət bayraqları Təkaltı dağının zirvəsində
17.09.2019
AİDA ilə Pontifik Şərq İnstitutu Anlaşma Memorandumu imzalayıb
17.09.2019
Gültəkin Hacıbəylinin 2 maşınına və mənzilinə həbs qoyuldu
17.09.2019
Aslan İsmayılov və oğlu erməni casusun “qolları arasında“ - DTX-nı hərəkətə keçirəcək şok FOTOLAR

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10888

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
5 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info