“Qarabağ” UEFA reytinqində “Milan” və “Fiorentina”nı qabaqlayır
Tarix: 01.09.2019 | Saat: 01:32:00 | E-mail | Çapa göndər



Klubların UEFA reytinqi açıqlanıb.
APA-nın məlumatına görə, avrokubokların pley-off mərhələsi başa çatdıqdan sonra siyahıda bəzi dəyişikliklər baş verib.
Lakin bunlar Azərbaycanın siyahıdakı ən yaxşı təmsilçisi “Qarabağ”dan yan keçib. İki matçın nəticəsinə görə Şimali İrlandiyanın “Linfild” klubunu (2:3, 2:1) səfər qolu sayəsində mübarizədən kənarlaşdıran Qurban Qurbanovun yetirmələri 70-ci sırada qalıblar.
Azərbaycan çempionu mərhələ adlamaqla cari mövsümdəki qazancını da 3,000-ə çatdırıb. Son 5 ilə əsasən hesablanan reytinq xalı isə 20,000-a yüksəlib.
“Qarabağ” 69-cu olan “Styaua”dan 0,500 xal geridədirsə, 71-ci yerin şərikləri “Milan”, “Selta”, “Partizan” və “Fiorentina”nı 1,000 xal qabaqlayır.
Digər təmsilçilərimizdən “Qəbələ” 7,500 xalla 141-ci, “Neftçi” 3,750 xalla 270-ci sırada qərarlaşıb. “Səbail”, “Keşlə”, “Zirə” və “Kəpəz” 3,550 xalla 280-ci pillənin şərikləridir.
Qeyd edək ki, 421 komandanın yer aldığı cədvələ “Real” başçılıq edir – 121,000 xal.




 
Bölməyə aid digər xəbərlər
21.09.2020
Nelson Semedu bu kluba keçir
21.09.2020
“Barselona“ Suareslə razılığa gələ bilmir
21.09.2020
“Barselona”nın futbolçusu PAOK-da
21.09.2020
“Real“ heç-heçə ilə başladı
20.09.2020
“Barselona“ mövsümə kubokla başladı -VIDEO

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 “Azərbaycan öz məmləkətimizdir“
2 Ölkəmizə gələn turistlər arasında sorğu keçirilib
3 Sığorta bazarını necə inkişaf etdirmək olar?
4 Türksat 5A rabitә peyki noyabr ayında kosmosa buraxılacaq
5 Ayaqları kəsilən Rüstəm Nəbiyev inanılmazı bacardı - VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info