Vətən sərhəddən başlayır - VİDEO
Tarix: 02.09.2019 | Saat: 12:52:00 | E-mail | Çapa göndər




"AtaBank" ASC-nin ölkəmizin şimal sərhədində yerləşən “Samur” şöbəsi 24/7 rejimində fəaliyyət göstərməyə başlayıb. Samur sərhəd-keçid məntəqəsinin yaxınlığında yerləşən şöbədə həm fiziki, həm də hüquqi şəxslər bütün bank xidmətlərindən yararlana bilər. Strateji əhəmiyyət daşıyan bu şöbə müştərilərə həftənin 7 günü, günün 24 saatı valyuta mübadiləsi, pul köçürmələri, cari və əmanət hesablarının açılması, kommunal və büdcə ödənişləri kimi bank xidmətləri təklif edir.
Bankın Biznesin İnkişafı departamentinin direktoru Oruc İbrahimov xəbərlə bağlı qeyd edib ki, şöbənin fasiləsiz iş rejiminə keçməsi bu ərazidəki sakinlərə və ölkənin qonaqlarına rahat şəkildə bank xidmətlərini göstərmək məqsədi daşıyır. AtaBank ölkəmizə qonaq gələn və ölkəmizdən xaricə gedən həmvətənlərimizi uzağa getmədən, əlavə vaxt sərf etmədən bank xidmətlərini sürətli və rahat aparmaq üçün “Samur” şöbəsinə dəvət edir.
25 ildən artıq fəaliyyət göstərən “AtaBank” ASC müasir və universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
“Türk ocağı” Azərbaycanda bərpa olundu
21.09.2019
Bakı dünyanın 60 ən təhlükəsiz şəhəri sırasındadır
21.09.2019
Ekoloji sənədlərin verilməsi prosesi daha da asanlaşdırılacaq
20.09.2019
“Selcanın bütün dedikləri doğrudur“-Fuad Qəhrəmanlının ikinci qızı
20.09.2019
İçi dərmanla dolu 4 anbar aşkarlanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info