Qəbələdə Şirvan xalçaları toxunur
Tarix: 02.09.2019 | Saat: 13:19:00 | E-mail | Çapa göndər


Azərbaycanın şimal-qərbində yerləşən Qəbələdə qədim zamanlardan insanların əsas məşğuliyyət sahələrindən biri də xalçaçılıq olub. Qəbələdə yaşayan toxucular Şirvan xalçaçılığını öz toxuculuq ənənələri ilə zənginləşdiriblər.
Bütün bunlar nəzərə alınaraq, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin 2017-ci ildə yaradılan filiallarından biri də Qəbələ rayonunda fəaliyyətə başlayıb.
Yüksək zövqlə tikilən bina yerləşdiyi əraziyə xüsusi yaraşıq verir. Vahid layihə əsasında inşa olunan filial binasında toxucuların səmərəli fəaliyyəti üçün müasir iş şəraiti yaradılıb.
“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hazırda burada 60 nəfərə yaxın toxucu çalışır. Bu toxucular “Azərxalça”nın təşkil etdiyi tədris-hazırlıq kurslarında xalçaçılığın sirlərinə yiyələniblər.

Filialda əsasən Şirvan qrupu Azərbaycan xalçalarının toxunmasına üstünlük verilir. Burada indiyədək 570 kvadratmetr xalça toxunub. Kollektiv keyfiyyətli məhsul istehsalına xüsusi fikir verir. Toxucular bildirir ki, onların ərsəyə gətirdikləri xalçalar dünya bazarına çıxarılır. Deməli, dünyada Azərbaycan xalçasının şöhrətini qorumaq üçün keyfiyyətli məhsul istehsalı əsas şərtdir.

Emalatxanada toxunan xalçalar barədə danışan usta xalçaçı Rəsmiyyə Salmanova bildirir ki, “Azərxalça”nın digər filialları kimi, burada da yun, xovlu xalçalar istehsal olunur. Xalça çeşniləri Səhmdar Cəmiyyətin xalçaçı-rəssamları tərəfindən hazırlanır. Fəaliyyət göstərdiyi dövrdə filialda 170 xalça kəsilib. Emalatxanada toxunan ən böyük xalçanın ölçüsü 24 kvadratmetr olub. Uzunluğu 6, eni isə 4 metr olan bu Şirvan xalçasını peşəkar toxuculardan Xalidə Cəlalova, Xatirə Şəkərxanova və Aygün Nəsirova birlikdə toxuyublar.
Usta xalçaçının sözlərinə görə, filialda orta nəslin nümayəndələri ilə yanaşı, gənclər də çalışırlar. Burada işləyən gənc toxucuların peşəkarlığının artırılması məqsədilə ardıcıl tədbirlər görülür. Onlar üçün tədris-hazırlıq kursları, ustad dərsləri keçirilir.

Xalça istehsalı emalatxanasında çalışanlar onlara yaradılan şəraitdən razılıqla danışırlar. Toxucu Məkanə Kərimova deyib: “Qəbələdə tarixən xalça toxunması ilə məşğul olunub. Bu bölgədə toxunan xalçalar özünün zəngin naxış elementləri ilə seçilib. Duruca kəndində toxunan xalçalar bütün dünyada məşhur olub. Ancaq burada heç vaxt kütləvi xalça istehsalı təşkil edilməyib. Toxucular ərsəyə gətirdikləri xalçaları öz evlərində toxuyublar. Hər kəs xalça toxunması üçün öz evində lazımi şəraiti yarada bilmir. Əlbəttə ki, bu da xalçanın keyfiyyətinə öz təsirini göstərir. Qəbələ toxucuları Prezidentimizə həmişə minnətdar olacaqlar ki, bizim üçün hər cür şəraiti olan xalça fabriki yaradıb. İndi biz işıqlı emalatxana binasında qədim xalçalarımıza yeni həyat veririk. Prezidentimizin və birinci xanımın “Azərxalça”nın filiallarının açılışlarında iştirakı, toxucularla görüşü, onların qayğı və problemləri ilə maraqlanması bizi bu qədim sənətə daha sıx tellərlə bağlayıb. Biz bilirik ki, Azərbaycan xalçaçılarının Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva kimi himayədarı və qayğıkeşi vardır".
Gənc toxucu Ləman Mehdizadə xalçaçılığın sirlərinə “Azərxalça”nın təşkil etdiyi tədris-hazırlıq kursunda yiyələnib. Ləman xalçaçılığa marağı olan gənclərin işlə təmin edilməsi baxımından “Azərxalça”nın Qəbələ filialının yaradılmasının mühüm əhəmiyyət daşıdığını bildirir: “Bu filial onlarla gəncin daimi iş yerinə çevrilib. Bizə həm xalça toxumağı öyrədiblər, həm də iş yeri ilə təmin ediblər. Bütün bunlara görə, dövlətimizə dərin minnətdarlığımızı ifadə edirik”.
“Azərxalça”nın Qəbələ filialı öz fəaliyyətini uğurla davam etdirir və qədim xalçaçılıq ənənələrinin yaşadılmasına öz töhfəsini verir.




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
Amerika istehsalı olan “Möcüzə” filmi “Artım”da nümayiş ediləcək
22.09.2019
Milli Dram Teatrı mövsümü “Qarabağnamə” ilə açıb
22.09.2019
Tunc-İlk Dəmir dövrünə aid yeni kurqanlar aşkarlanıb
22.09.2019
Bakıda Beynəlxalq Sülh Günü ilə bağlı kitab sərgisi təşkil olunub
21.09.2019
Budapeştdə Macarıstan-Türkiyə Gülbaba Festivalı açılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info