Musa Qasımlı: Sosial siyasət xalqın daha yaxşı yaşamasına yönəlib
Tarix: 02.09.2019 | Saat: 13:25:00 | E-mail | Çapa göndər


Bu gündən etibarən Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin əməkhaqqı artımları ilə bağlı sərəncamları qüvvəyə minir. Bu sərəncamlar dövlətin uğurlu sosial siyasətinin göstəricisidir. Bu fikri Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı deyib. O bildirib ki, sərəncamlardan sonra maaşlarda nəzərəçarpacaq artım hiss olunacaq.
Sərəncamlar bir daha göstərdi ki, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Sosial siyasət Azərbaycan xalqının bu gün dünənkindən, sabah bugünkündən daha yaxşı yaşamasına yönəlib. Musa Qasımlı deyib: “Bu islahatlar ölkədəki sabitliyin, iqtisadi inkişafın nəticəsidir. Əgər sabitlik olmasaydı, iqtisadi inkişaf olmaz, maliyyə imkanları artmaz və sosial islahatlar da həyata keçirilməzdi. Ona görə də hər bir vətəndaş Azərbaycanda sabitliyin qorunmasında maraqlı olmalıdır. Sabitliyin təminatçısı olan xalqımız görür ki, yürüdülən siyasət bilavasitə onun mənafeyinə uyğundur”.




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
“Əsrin müqaviləsi” Azərbaycan üçün ən vacib strateji layihələrdən biridir
21.09.2019
Torpağını döyüş meydanına çevirmək istəyən buyursun
21.09.2019
Azərbaycan bu gün xarici ölkələrə milyardlarla sərmayələr yatırır, bununla da əlavə gəlir mənbələri yaradır
20.09.2019
“Bunu belə zənn edənlərin qarşısında Türkiyə və Şimali Kıbrıs Türk Cümhuriyyəti olacaq“
20.09.2019
“Təhlükəsiz bölgə yaradılması barədə ləngimə olsa, ABŞ ilə fəaliyyətlərə son qoyular“

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10895

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info