Bakı polisi: Paytaxtın mərkəzi küçələrində fasiləsiz fəaliyyət göstərən xüsusi naryad qrupları yaradılıb
Tarix: 02.09.2019 | Saat: 13:33:00 | E-mail | Çapa göndər


Paytaxtda ictimai mənəviyyat əleyhinə və milli mentalitetə zidd olan hallara qarşı mübarizə gücləndirilir. Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən “Palitranews.az”a bildirilib ki, bu məqsədlə bu gündən başlayaraq Baş Polis İdarəsinin rəhbərliyi tərəfindən təsdiq olunan tədbirlər planına müvafiq olaraq, polisin səlahiyyətləri çərçivəsində konkret vəzifələr müəyyənləşdirilib icraya yönəldilib.
Paytaxt sakinlərindən daxil olan müraciətlərin, müşahidə olunan sosial-neqativ halların təhlilləri göstərir ki, Bakıda fəaliyyət göstərən bəzi əyləncə-istirahət yerlərində ̶ gecə klublarında, barlarda, otel və motellərdə, mərkəzi küçələrdə ictimai mənəviyyat əleyhinə, əxlaqa zidd hallar var. Əxlaqa zidd olan bütün halların forma və təzahürlərinə qarşı mübarizənin səmərəliliyini artırmaq üçün milli-mənəvi dəyərlərimizə uyğun olmayan davranışların, ictimai əhəmiyyət kəsb edən digər neqativ halların qarşısının alınması üçün kompleks profilaktik tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Əsasən Səbail rayonu ərazisində yerləşən “Fəvvarələr meydanı” və Nizami küçəsində, Nəsimi rayonu S.Vurğun və Nizami küçələrinin kəsişmələrində yüngül əxlaqlı həyat tərzi sürən şəxslərin profilaktikasına dair tərkibi əməliyyat, təhqiqat, ictimai təhlükəsizlik əməkdaşlarından ibarət fasiləsiz fəaliyyət göstərən xüsusi naryad qrupları yaradılıb. Paytaxtda xidmətin nümunəvi təşkili və aparılması, asayişin, vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması nəzarətdə saxlanılmaqla müvafiq tədbirlər davam etdirilir. Görülən işlər, həyata keçirilən tədbirlər barədə ictimaiyyətə mətbuat vasitəsilə mütəmadi məlumatlar veriləcək.

Anar




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
“Türk ocağı” Azərbaycanda bərpa olundu
21.09.2019
Bakı dünyanın 60 ən təhlükəsiz şəhəri sırasındadır
21.09.2019
Ekoloji sənədlərin verilməsi prosesi daha da asanlaşdırılacaq
20.09.2019
“Selcanın bütün dedikləri doğrudur“-Fuad Qəhrəmanlının ikinci qızı
20.09.2019
İçi dərmanla dolu 4 anbar aşkarlanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info