DGK-nin Kinoloji Mərkəzi yarışları birinciliklə başa vurub
Tarix: 02.09.2019 | Saat: 15:27:00 | E-mail | Çapa göndər


Avqustun 26-28 tarixlərində Müstəqil Dövlətlər Birliyi gömrük orqanlarının kinoloji xidmətlərinin və xidməti axtarış itlərinin çoxnövçülük üzrə 9-cu yarışları keçirilib. Rusiya Federal Gömrük Xidmətinin Kinoloji Mərkəzinin bazasında təşkil olunan yarışlarda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzi də uğurla iştirak edib. Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzi komanda hesabında I yerə, şəxsi hesabda II yerə, narkotik vasitələrin otaq şəraitində axtarışı mərhələsində I yerə, narkotik vasitələrin minik maşınlarında axtarışı mərhələsində II yerə, narkotik vasitələrin əl yüklərində axtarışı, narkotik vasitələrin yük avtomobillərində axtarışı və ümumi itaətetmə mərhələlərində isə III yerə layiq görülüb. Qeyd edək ki, yarışlardan əvvəl və sonra digər tədbirlər də keçirilib. Avqustun 25-də MDB gömrük orqanlarının kinoloji bölmələrində xidməti itlərlə təlim-məşğələnin təşkili üzrə aktual problemlər və xidməti itlərin təlim olunma dərəcəsinin qiymətləndirilməsinin meyarları mövzusunda seminar təşkil olunub. Seminarda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzinin hazırladığı "Axtarış itinin iybilmə qabiliyyəti haqqında" videoçarx təqdim edilib və maraqla qarşılanıb. Avqustun 29-da isə yarışların qaliblərinə kubok və medallar təqdim olunub. Daha sonra MDB üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının Hüquq Mühafizə Bölmələri Başçıları Komitəsinin kinoloji fəaliyyət məsələləri üzrə işçi qrupunun 21-ci iclası keçirilib.

Tural




 
Bölməyə aid digər xəbərlər
26.09.2020
Azərbaycanda 108 nəfər koronavirusa yoluxdu, 131 nəfər sağaldı, 2 nəfər vəfat etdi
25.09.2020
Ədliyyə Nazirliyi: Bu il 2 minə yaxın məhkum vaxtından əvvəl cəzadan azad olunub
25.09.2020
Baş nazir təhsil müəssisələrində köçürmələrlə bağlı qərara dəyişiklik edib
25.09.2020
Azərbaycanda 101 nəfər koronavirusa yoluxdu, 137 nəfər sağaldı, 2 nəfər vəfat etdi
24.09.2020
Azərbaycanda 162 nəfər koronavirusa yoluxdu, 133 nəfər sağaldı, 1 nəfər vəfat etdi

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11603

1 Təhsil müddəti ümumi pensiya stajına daxil ediləcək
2 Azərbaycan Turizm Assosiasiyası ekspertlər səviyəsində fəaliyyətini genişləndirir
3 Ac qarına bir siqaret 10 ədədə bərabərdir – Xərçəngə yaxınlaşdırır
4 BDU ölkədə təhsil islahatlarının həyata keçirilməsində önəmli rol oynayır
5 Osloda Nizami Gəncəvi adına həftəsonu məktəbi fəaliyyətə başlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info