Norveçdə keçirilən bələdiyyə seçkilərində Azərbaycan əsilli xanım namizəd iştirak edəcək
Tarix: 02.09.2019 | Saat: 15:29:00 | E-mail | Çapa göndər


Şervin Nəcəfpur: “Məqsədim Osloda 91 min nəfər səsvermə huququna malik olan xarici əsillilərin seçkilərdə aktiv iştrak etməsinə nail olmaqdır”

Norveçdə keçiriləcək Bələdiyyə və ümumi məclis seçkilərində CAN təşkilatının sədri, tanınmış modelyer Şervin Nəcəfpur da iştirak edəcək. Ş.Nəcəfpur bu seçkilərdə yeganə Azərbaycan əsilli namizəddir.
Oslonun Bjerke bölgəsinin üçüncü namizədi olan soydaşımız Norveçin Mühafizəkarlar Partiyasını təmsil edir. Xatırladaq ki, Ş.Nəcəfpur 2017-ci ildə Mühafizəkarlar Partiyasının şəhər bölgəsinin İdarə Heyətinə seçilib.

- Norveçin ictimai, siyasi və sosial həyatında bələdiyyələrin nə kimi rolu var?

-Bələdiyyələr Norveç cəmiyyətinin rifahının təməl daşıdır və cəmiyyətin bütün sahələrində mühüm rol oynayır. Vətəndaşlar üçün yaxşı rifah xidmətləri olan güclü icma və güclü yerli demokratiya hüququ təmin etməkdədir. Bələdiyyələr müxtəlif xidmətləri təmin edir və ən əsası hər sahədə bugünün və gələcəyin problemlərinə hazırlıq prosesləri aparırlar. Bələdiyyələr həm əraziyə, həm də əhalinin sayına görə böyük ölçüdə fərqlənir.

- Siz qeyri-norveçli kimi bələdiyyələrə üzv olaraq gələcəkdə öz töhfənizi necə vermək istəyirsiz?

-Bu seçkilərdə cəmi 2811 qeyri-norveçli namizəd var. Mənim üçün çox xoşdur ki, Norveçdə ilk Azərbaycan əsilli kimi, Oslonun bölgə məclis seçkilərində Mühafizəkarlar Partiyasının 3-cü namizədi olaraq iştrak edirəm.
Mən də çox çeşitliyə və çoxmədəniyyətliliyə bağlı işlərə imza atmaq istiyirəm. 11 yaşımdan bəri bir çox QHT-lərdə fəaliyyət göstərmişəm və əldə etdiyim təcrübələrim məni Oslo Bələdiyyəsinin İmmiqrantlar Şurasına apardı. Orada seçilmiş ilk azərbaycanlı xanım oldum 2016-cı ildə, bu ilin axırında şuranın seçkiləri olacaq, yenə də namizədliyimi verəcəm. Bu şuradan əldə etdiyim təcrübələr mənə, bölgə məclisində seçilərəmsə, əlbəttə güçlü avantaj verecək.

- Ümumiyyətlə, Norveçdə əcnəbilərin bələdiyyələrdə çalışmasına nə dərəcədə imkan yaradılır?

- Deyə bilərəm ki, bir çox rəsmi orqanlarda, bələdiyyələrdə xarici əsilliləri son 20 ildir görmək olur. Hazırda Oslo Bələdiyyəsi xususi ilə çox çeşitlilik üzrə nümünəvi bələdiyyə sayılır. Lakin özünə görə, əlbəttə, çətinlikləri var, belə deyim, bu yolda çox insan mübarizə aparıb və bizim kimi gənc nəsilə yol açıblar. Misal olaraq, Azərbaycanın dostu olan Əmir Şeyxin xanımı Afşan Rafiq Norveçin Milli Məclisinə seçilmiş ilk xarici əsillidir. O,2001-ci ildə və bütün xarici əsillilərə nümünə oldu, xususilə, qadın olduğu üçün, daha çox insan ona baxıb, siyasətdə addımlarını atmağa başladılar. Niyə? Çünkü Afşan xanım hamımızı təmsil edirdi, o da Norveçdə doğulmuş bir xarici əsillidir və tarix yazdı. Əlbəttə, biz bələdiyyədə işçi kimi deyil, xalq tərəfindən səsvermə ilə seçilirik və xalqın təmsilçisi adlanırıq.

- Seçkilərin hansı mərhələsidir və sizin seçkilərə hazırlıq işiniz necə gedir?

-Sentabrın 9-u seçkilər günüdür. Hazırda çox sıx kampanya qrafiki ilə məşğuluq və bu proses çox maraqlı keçir. Mən Norveçin Mühafizəkarlar Partiyasından namizədliyimi vermişəm və bu partiyanın ideologiyası mühafizəkar və liberal mühafizəkarlıqdan yola çıxır. Çeşitliyə sayğı göstərən və topluma nüfuz edən partiya olduğu üçün, məhz mən siyasətə addımımı atanda bura üzv oldum. 2017-ci ilin sonunda bölgə İdarə Heyətinə seçildim və siyasi partiya namizədi olaraq, ilk dəfədir ki, seçkidə iştrak edirəm.
Mən çoxçeşitliyə daha çox gücümü qoymuşam. Məqsədim Osloda 91 min səsvermə huququna sahib olan xarici əsillilərin seçkilərdə aktiv iştrak etməsinə nail olmaqdır. Çalışıram ki, iştrak etdiyim və çıxış etdiyim bütün konfranslarda, tədbirlərdə onlara səsvermələrinin vacibliyini izah edim. Hansı partiyaya səs verirlərsə versinlər, təki səs versinlər və vətəndaşlıq xidmətlərini yerinə yetirsinlər. Yaşamış olduqları ölkənin demokratik dəyərlərinə hörmət göstərərək bunu etməlidirlər. Səslərinin eşidilməsini arzu edirlərsə, səsvermə hüquqlarından mütləq istafadə etməlidirlər. Qeyd edim ki, hazırda Norveçdə xarici əsillilərin cəmi 50 faizi səs verir və bu rəqəmlər çox utancvericidir. Norveçdə cəmi 383 400 nəfər xarici əsilli səsvermə hüququna sahibdir. Ona görə də mənim kimi xarici əsilli namizədlərin daha böyük bir vəzifəsi var, bizlər insanları bildiyimiz dillərdə maarifləndirməliyik.
Misal üçün, seçkilər prosesində bildiyim bütün dillərim işə yarayır, hər kəsə məlumdur ki, çox az rusca bilirəm, buna görə bir necə rus dilli şəxslərdən səs ala bildim. Türk dillilərlə də türk dilində danışanda daha işti münasibətlə dinləyirlər. Burada tamamilə cəmiyyətlərin mentalitetinə uyğun addımlar atıram və bu, yaxşı nəticələrə səbəb olur.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
10.09.2019
Vladislav Kanevski: “Azərbaycan beynəlxalq aləmdə güclü oyunçuya çevrilib”
05.09.2019
Ayrı-ayrı Avropa ölkəsində oturan iki müxalifətçinin də internetini hakimiyyət kəsdi?
27.08.2019
Proqramsız müxalifət
26.08.2019
Paşinyanın komandasında parçalanma başladı
20.08.2019
“Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Müəllimlərin dərs yükü norması artırıldı
3 Daxili İşlər nazirindən yeni təyinat
4 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info