Paşinyanı qorxudan nədir…
Tarix: 02.09.2019 | Saat: 16:36:00 | E-mail | Çapa göndər


Baş nazirin komandası bəzi məsələlərdə onu dəstəkləmir

Hər bir inqilabda hərbi elitanın sonda mühüm rol oynadığını bildirən ermənilərin «Qolos Armenii» saytı Nikol Paşinyan rejiminin məhz bu səbəbdən ehtiyatlanaraq, dərhal keçmiş müdafiə naziri, general Mikael Harutyunyanı ittiham etdiyini bildirir. Sayt yazır ki, bundan Nikolun gizli göstərişləri ilə keçmiş müdafiə naziri Seyran Ohanyan və KTMT baş katibi Yuri Xaçaturov vəzifələrini tərk etmək məcburiyyətində qaldılar: «Beləliklə, Ermənistanda hərbi elitanın cəmiyyətdəki rolu sarsılmağa başladı. Əlbəttə ki, ordu bu sarsıntıya daha çox Nikolun dəstəsi sayəsində məruz qaldı.Əslində, buradakı müəyyən halların mövcudluğunda hər hansı bir sifarişin olduğu həç kəsdə şübhə doğurmurdu. Belə ki, hadisələrin sonrakı gedişatı bəzi nüansları ortaya qoymağa başladı. Nümunə üçün, Paşinyanın Cermuqdakı görüşlərini yada salmaq kifayətdir. Məhz bu görüşlər zamanı Nikol izdihama daha əvvəlki kimi təsir edə bilmədiyni ortaya qoydu. Yəni yerli xalq orator Nikola daha əvvəlki kimi sayğı göstərmədi. Halbuki bir il əvvəl belə deyildi, Paşinyanın hər sözü kütlə tərəfindən «böyük sayğı» ilə qarşılanır, böyük coşqu ilə dəstəklənirdi. Cermuqdakı görüşün fiaskoya uğraması isə artıq Nikolun sehrli çubuğunun əvvəlki kimi işləmədiyini ortaya qoydu.
Məsələ bundadır ki, bu gün Cermuq və əyalətin ətraf kəndləri sabiq nazir Karen Dəmirçiyanın Amulsarın inkişaf etdirilməsinə icazə verməməsi ilə ölkədəki ekoloji fəlakətin qarşısını ala bilmişdi. Paşinyanın bu ərazilərə səfəri, dəqiq desək, onun özü üçün də elə bir uğurlu səfər olmadı. Belə ki, Nikolun səfəri ərəfəsində onun deyəcəklərindən xəbərdar olan yerli sakinlər bu ərazilərdən qaçmaq üçün artıq yır-yığış etməyə başlamışdılar.
Maraqlıdır ki, insanlar hələ də xalq tərəfindən seçilən baş nazirin niyə "Lidian Armenia" şirkətinin maraqları üçün Cermuq və ətraf kəndləri qurban verməyə belə hazır olduğunu başa düşmürlər. Bəlkə, Paşinyan xalqın iradəsinə qarşı çıxaraq, qızıl mədəninin istismarına yenidən baş vurarsa, buna yeni bir inqilabla cavab alacağını unudur?. Əslində bu, Paşinyanı daha çox qorxudur». Sayt yazır ki, ötənilki küçə “çirkinliyinin” təhrikçisi nəhayət başa düşür ki, həqiqi siyasət qanunlarına görə, butulkadan çıxan cin ilk növbədə onu sərbəst buraxanı udur.
Təbii ki, Nikol da bunu çox yaxşı anlayır. O, qarşıda onu gözləyə biləcək hər hansı bir təhlükədən ehtiyat edir. Əslində, İstanbul Konvensiyasının ratifikasiya prosesinin bu il baş tutmayacığını elan etməsi də Nikolun ehtiyatlanmasından irəli gəlir. O, bununla heç olmasa, qeyri-sabitlik mərkəzlərindən birini müvəqqəti olsa da söndürmək qərarına gəlib.
O da maraqlıdır ki, Cermuqa uğursuz səfərindən sonra Çaxkadzorda yığıncaq keçirən Paşinynan hakimiyyətə gətirdiyi komandasını xəyanətdə ittiham edərək Amulsar məsələsində ona dəstək olmadıqlarını bildirib.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Paşinyanın “Whatsapp” yazışmaları ortaya çıxdı
20.09.2019
Cermukda şagirdlər də tətilçilərə qoşulublar
20.09.2019
Rusiya-Türkiyə əməkdaşlığı erməniləri məyus edib
19.09.2019
Rusiyanın Dövlət Duması Xəzərin hüquqi statusu haqqında Konvensiyanı ratifikasiya edib
19.09.2019
“Paşinyan çevrilişdən qorxduğu üçün güc orqanları rəhbərlərini neytrallaşdırır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info