Həqiqəti gizlədənlər
Tarix: 02.09.2019 | Saat: 17:01:00 | E-mail | Çapa göndər


Tarixin yaratdığı şansdan istifadə edib hakimiyyətə gələnlər cəmi bir il hakimiyyətdə qala bildilər


Məlum olduğu kimi, son illər Azərbaycan müxalifətində siyasi mədəniyyətsizlik tüğyan edir, söyüş ritorikası ilə danışan anormal gənclərdən, mühacir qruplardan tutmuş, ənənəvi müxalifəti təmsil edən “köhnələr”ə qədər hər kəs Anti-Azərbaycan fəaliyyəti ilə seçilir.
Bu anormal, sosial şəbəkələr səviyyəsində qəhrəman kimi görünməyə hesablanmış fəaliyyətlərin önündə gedənlərdən biri Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlidir. Öz liderinə xəyanət etməsi ilə daha çox ad çıxaran AXCP rəhbəri bu gün özünü cəmiyyətə vətənpərvər, millətçi, guya xalqın, ölkənin, torpağın qeydinə qalan biri kimi təqdim etməyə çalışır. Xüsusən də onun işğal olunmuş torpaqlarımızla bağlı etdiyi anormal paylaşımlar insanlarımızda daha çox qıcıq yaradır. 90-cı illərin əvvəllərində hakimiyyətdə olan səbatsız şəxslərdən olan Əli Kərimli özünü o qədər gülməli duruma salır ki, yaratdıqları xaosun nəticəsi olaraq itirilən torpaqların günahının məhz indiki hakimiyyətdə olduğunu iddia edir! Adam bir neçə gün öncə Qubadlı rayonunun işğalı ilə bağlı status yazaraq, sosial şəbəkələrdə paylaşım edib məsuliyyəti AXC-Müsavata hakimiyyətinin boynundan atmağa çalışıb...
Hər kəsə bəllidir ki, torpaqların itirilməsinin kökündə məhz AXC-Müsavat hakimiyyətinin yarıtmaz fəaliyyəti dayanır. Hakimiyyəti idarə etməyə yaramayan adamlardan ibarət olan həmin komanda, nəinki normal ordu formalaşdıra, torpaqlarımızın müdafiəsi üçün var gücü ilə çalışa bilmirdi, həm də onlar qısa müddətdə Azərbaycan iqtisadiyyatını da uçuruma sürüklədilər. Məhz bu komandanın hakimiyyətdən getməsindən sonra ölkədə inkişaf və sabitləşmə dövrü başladı. Az qala bütün qonşu dövlətlərlə düşmən münasibətində olan, uğursuz siyasətçilərdən təşkil olunan həmin hakimiyyətin dövründə zərrə qədər də olsa, inkişafdan söz açıla bilməzdi.
Konkret olaraq, Əli Kərimlinin bu gün itirilən torpaqlarla bağlı AXC-Müsavat hakimiyyətini mələk kimi təqdim etməsinə gəldikdə isə bu gün hətta uşaqlar da gözəl anlayırlar ki, torpaqların işğalı məhz hərc-mərcliyin, hakimiyyətdə olan adamların təcrübəsizliyinin və bəzi hallarda xəyanətin nəticəsi idi. Heç uzağa getmədən, iki-üç ay əvvəl 90-cı illərdə AXC-Müsavat komandasının başağrısına çevrilmiş təsadüfi kadrlardan olan Surət Hüseynovun qalmaqallı səs yazısını misal göstərmək olar ki, həmin illərdə real durum aydın olsun. Surət Hüseynovun məlum çıxışından təkcə bir cümləni oxucuların diqqətinə çatdıraq ki, vəziyyətin hansl həddə çatdığını görək. O, Qarabağda döyüşlərdə iştirak üçün batalyonları irəli apardığı halda, Bakıda oturanların-AXC-Müsavatın yarıtmaz və xəyanətkar rəhbərlərinin arxadan ona zərbələr endirmələrini, ermənilərlə danışıqlara getmələrini faciəvi hadisələr kimi xatırladıb...
Beləcə, bu gün Əli Kərimlinin torpaqların itirilməsi ilə bağlı nağıllar danışmasına ən yaxşı cavabı, elə məhz onun öz keçmiş komanda yoldaşı real şəkildə verib. Digər tərəfdən də kiminsə “sehirli çubuğu” yox idi ki, hakimiyyətə gələn kimi bütün xaosu bir ayın içində dayandırsın, davam edən hərbi tənəzzülü bir anda dirçəltsin. Sizin bütün tör-töküntülərinizi, mafiyalaşmış bir çox hərbi birləşmə və məmur ordunuzu, xarici xüsusi xidmət orqanlarına işləyən cəbhəçiləri və ən nəhayət, çevriliş, inqilab, xaos sevdasında olan fiqurlarınızı təmizləmək 1995-ci ilin martına qədər çəkdi... Dövlət çevrilişinə cəhdlər məhz AXC-Müsavat hakimiyyətinin təfəkkürü idi ki, onların bu cür anormal fəaliyyətlərinin nəticəsi olaraq ölkədə hərc-mərclik tüğyan etdi və nəticədə də Ermənistan bundan istifadə edib 20 faiz torpaqları rahatlıqla işğal edə bildi.
Qısası, Qubadlıya “timsahın göz yaşları” axıdanlar gözəl anlayırlar ki, 90-cı illərin əvvəllərində xalqımız üçün böyük bəlaya çevrilmişdilər. Nəinki hərbi-siyasi uğursuzluqların təməlini qoyurdular, eləcə də şəxsi keyfiyyətləri, etik davranışlarına görə də xalqın gözündə günbəgün düşürdülər. İndiki gənclər o günləri görməsələr də, yaşlı və orta nəsil yaxşı xatırlayır ki, həmin illərdə küçələr təhlükəsiz deyildi, silahlı qruplaşmalar, kreslo davaları, hətta kriminal hadisələrin həddindən artıq adiləşməsi sadə vətəndaşları cana yığmışdı. Yuxarıda da qeyd etdiyimiz kimi, vətəndaşların hüquqlarını qorumaq əvəzinə, küçə səviyyəsində olan şəxsi keyfiyyətlərini nümayiş etdirən daxili işlər naziri canlı efirdə bir müxalifət nümayəndəsini belə, ağır formada təhqir etmişdi. Bu gün Əli Kərimlinin öz statusunda yenidən hakimiyyətə iddialı olduqlarını göstərərək ,“işğal altındakı torpaqlarımızı azad edəcəyik” fikrini yazmaqla deyil... Xalq həmin illəri unutmadı, bir daha sizin kimi təsadüfi siyasətçilərə şans verməyəcək. Tarixin yaratdığı şansdan istifadə edib hakimiyyətə gəldiniz, məhz xalqın sizə inamsızlığının və törətdiyiniz faciələrin, xaosun nəticəsi olaraq cəmi bir il hakimiyyətdə qala bildiniz. Bir daha sizləri hakimiyyətdə görmək istəməyən bir xalqın əsəblərini tarıma çəkməyin. Bu tarixi yaddan çıxarmamışıq, xalqa Qubadlı və ya hansısa işğal olunmuş bölgələrlə bağlı yalanları sırımağa çalışmayın...

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
24.09.2019
“Şərq-Qərb”, “Şimal-Cənub“ beynəlxalq nəqliyyat dəhlizləri və Azərbaycanın geoiqtisadi maraqları
24.09.2019
XİN: Azərbaycan təmas xəttində baş verən hadisəni araşdıracaq və onu törədənlər cəzalandırılacaq
24.09.2019
Nyu-Yorkda Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyan arasında görüş keçirilib
24.09.2019
Xarici işlər naziri ATƏT-in Baş Katibi ilə görüşüb
24.09.2019
Ermənistanın son bəyanatları sübut edir ki, hazırkı hökumət beynəlxalq hüququn kobud şəkildə pozulması yolunu davam etdirir

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10897

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
4 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
5 Krasnoyarskdakı “Odlar Yurdu“ xalq mahnı və rəqs ansamblı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info