AZƏRTAC TASS agentliyini 115 illik yubileyi münasibətilə təbrik edib
Tarix: 02.09.2019 | Saat: 22:16:00 | E-mail | Çapa göndər



Rusiyanın qocaman informasiya agentliyi TASS özünün 115 illiyini qeyd edir. Bu münasibətlə AZƏRTAC-ın kollektivi adından İdarə Heyətinin sədri Aslan Aslanov agentliyə təbrik məktubu ünvanlayıb.

AZƏRTAC xəbər verir ki, təbrik məktubunda fəaliyyəti dövründə TASS-ın böyük inkişaf yolu keçdiyi və dünya xəbər sənayesinin brendinə çevrildiyi vurğulanır. “Tam əminliklə demək olar ki, agentliyin öz standartlarına və prinsiplərinə həmişə sadiq qalması böyük hörmətə layiqdir. TASS jurnalistlərin bir çox nəsli üçün əsl məktəbə çevrilib, onlarda təkcə peşəkarlıq deyil, həm də yüksək insani keyfiyyətlər, məsuliyyət hissi, daim özünü təkmilləşdirməyə səy göstərmək xarakterini formalaşdırıb. Agentlik daimi yaradıcılıq axtarışındadır, öz işində ən yeni texnologiyalardan fəal istifadə edir, təkcə zamanla ayaqlaşmağa yox, həm də onu qabaqlamağa can atır”, - deyə təbrik məktubunda vurğulanır.
Sentyabrın 1-də TASS “Açıq qapı günü” elan edib. Baş direktor Sergey Mixaylov və baş direktorun birinci müavini Mixail Qusman yubiley münasibətilə həmkarlarının və dostlarının təbriklərini qəbul ediblər. Rusiya Prezidenti Vladimir Putin, Patriarx Kirill, Dövlət Dumasının sədri Vyaçeslav Volodin və başqaları TASS-ın kollektivinə təbrik məktubları ünvanlayıblar.
TASS 1904-cü il sentyabrın 1-də Sankt-Peterburq Teleqraf Agentliyi kimi yaradılıb və Rusiya imperiyasında dövlət informasiyasını yayan ilk vahid orqan olub. Keçmiş SSRİ dövründə agentlik Sovet İttifaqı Teleqraf Agentliyi adı altında fəaliyyət göstərib. Digər müttəfiq respublikaların informasiya agentlikləri ilə yanaşı, Azərinform da onun tərkibinə daxil idi.
Bu gün TASS Rusiyanın dünyada ən böyük xəbər resurslarından biridir. Agentlik hər gün Rusiya və xarici ölkələrdəki müxbirlərinin hazırladıqları 1,5 minə yaxın xəbər və 500-dən çox fotoşəkil və videosüjet yayır. TASS-ın abunəçiləri 60 xəbər lentinin geniş xəttindən rus və ingilis dillərində tematik xidmətlərdən istifadə edirlər. Agentliyin xarici ölkələrdə 60 müxbir məntəqəsi var. Baş direktorun birinci müavini Mixail Qusmanın sözlərinə görə, agentliyin uğur qazanmasının əsas amillərindən biri də toplanmış zəngin təcrübənin nəsildən-nəslə ötürülməsidir. “Əsas olan TASS markası, reputasiyası, brendidir. Günümüzdə - fasiləsiz informasiya axınının olduğu dövrdə TASS informasiya sabitliyinin, dəqiqliyinin və qüsursuz reputasiyanın bayraqdarı olmalıdır. Agentliyin vəzifələri arasında məhz bu amil əsas götürülməlidir – həm indi, həm də perspektivdə”, - deyə Mixail Qusman vurğulayıb.
Qeyd edək ki, AZƏRTAC və TASS arasında münasibətlər yüksək səviyyədədir. Hər iki agentlik beynəlxalq informasiya təşkilatları – Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatı (OANA) Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyası (ANİA) və digər transmilli informasiya strukturları çərçivəsində bir-birini dəstəkləyir. Hər iki agentlik OANA-ya və özündə dünyanın 130 mötəbər media qurumunu birləşdirən Dünya Xəbər Agentlikləri Konqresinə uğurla sədrlik edib. AZƏRTAC və TASS, eyni zamanda, MDB İnformasiya Şurasının həmtəsisçisidirlər.
Azərbaycan və Rusiyanın aparıcı informasiya agentlikləri olan AZƏRTAC və TASS bu gün birgə layihələr həyata keçirir, tematik sərgilər təşkil edir, fəal xəbər mübadiləsi aparırlar. İnformasiya və təcrübə mübadiləsinə dair ikitərəfli saziş çərçivəsində ustad dərsləri, həm jurnalistlər, həm də texniki personaldan ibarət əməkdaşların qarşılıqlı səfərləri həyata keçirilir.




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
“Türk ocağı” Azərbaycanda bərpa olundu
21.09.2019
Bakı dünyanın 60 ən təhlükəsiz şəhəri sırasındadır
21.09.2019
Ekoloji sənədlərin verilməsi prosesi daha da asanlaşdırılacaq
20.09.2019
“Selcanın bütün dedikləri doğrudur“-Fuad Qəhrəmanlının ikinci qızı
20.09.2019
İçi dərmanla dolu 4 anbar aşkarlanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10895

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


22.09 17:45
© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info