Ermənistan rəhbərliyi münaqişənin sülh yolu ilə həllinə ciddi zərbə vurur
Tarix: 02.09.2019 | Saat: 23:58:00 | E-mail | Çapa göndər



Ermənistanın baş naziri və Prezidentinin Azərbaycanın hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altında olan ərazilərində işğalçı ölkənin yaratdığı oyuncaq separatçı rejimin qondarma “müstəqillik gününü” təbrik edərək, bu ölkənin təcavüzkar siyasətini açıq şəkildə etiraf etməsi, eləcə də işğalçı Ermənistanın siyasi rəhbərliyi ilə yanaşı, diplomatik nümayəndəliklərinin rəhbərlərinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf bölgələrinə səfər etməsi onu göstərir ki, işğalçı ölkə beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması ilə müşayiət olunan təcavüzkar siyasətin nəticələrinə söykənən status-kvo vəziyyətinin möhkəmləndirilməsinə yönəlmiş cəhdlər edir və beləliklə də, münaqişənin sülh yolu ilə həllinə ciddi zərbə vurur.

Bunu AZƏRTAC-a Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən bildiriblər.
Nazirlikdən deyilib ki, Ermənistan rəhbərliyinin son zamanlar verdiyi tamamilə əsassız bəyanatlar və atdığı addımlar bu ölkənin öz qanunsuz əməllərinə özünü və öz əhalisini inandırmaq məqsədi güdür. Əks təqdirdə, dünyanın heç bir dövləti tərəfindən tanınmayan, işğalı çoxsaylı sənəd və qətnamələrdə pislənilən və Azərbaycanın beynəlxalq tanınmış ərazilərinin bir hissəsi olan torpaqlarda “müstəqillik bayramını” qeyd etmək başqa nə cür adlandırıla bilər.
Azərbaycanın beynəlxalq tanınmış ərazilərinin hərbi işğalı və yerli azərbaycanlı əhalinin qanlı etnik təmizlənməsi, eləcə də digər insanlıq əleyhinə cinayətlərə görə məsuliyyət daşıyan Ermənistan dərk etməlidir ki, bu torpaqlar yenidən Azərbaycanın nəzarətinə qayıdacaq və bölgənin hər iki icması yenidən birgə sülh və təhlükəsizlik şəraitində yaşayışını təmin edəcək. Münaqişənin digər həll yolu mövcud deyil və ATƏT-in Minsk qrupunun həmsədrləri qismində beynəlxalq vasitəçilər, habelə bütün dünya ictimaiyyəti bunu gözəl dərk edir.




 
Bölməyə aid digər xəbərlər
24.09.2019
“Şərq-Qərb”, “Şimal-Cənub“ beynəlxalq nəqliyyat dəhlizləri və Azərbaycanın geoiqtisadi maraqları
24.09.2019
XİN: Azərbaycan təmas xəttində baş verən hadisəni araşdıracaq və onu törədənlər cəzalandırılacaq
24.09.2019
Nyu-Yorkda Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyan arasında görüş keçirilib
24.09.2019
Xarici işlər naziri ATƏT-in Baş Katibi ilə görüşüb
24.09.2019
Ermənistanın son bəyanatları sübut edir ki, hazırkı hökumət beynəlxalq hüququn kobud şəkildə pozulması yolunu davam etdirir

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10897

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
4 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
5 Krasnoyarskdakı “Odlar Yurdu“ xalq mahnı və rəqs ansamblı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info