Ərik mürəbbəsi mürəbbə festivalının qalibi olub
Tarix: 26.08.2013 | Saat: 21:55:00 | E-mail | Çapa göndər


Dünyada ilk dəfə olaraq Qəbələdə keçirilən mürəbbə festivalı başa çatıb.
Mədəniyyət və Turizm Nazirliyinin və Qəbələ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qəbələ şəhərindəki “Qafqaz Resorte” otelinin qarşısında keçirilən festivalın ikinci günündə Mədəniyyət və Turizm Nazirliyinin, Rayon İcra Hakimiyyətinin, Azərbaycan Milli Kulinariya Mərkəzinin rəhbərləri, xarici ölkələrin ölkəmizdəki səfirləri, mədəniyyət və incəsənət xadimləri, eləcə də çoxsaylı yerli və xarici turistlər iştirak ediblər.

Ölkəmizin mədəniyyətinin və milli kulinariyasının təbliği məqsədi daşıyan festivalda Şəki, Balakən, Qax, İsmayıllı, Ağdaş, Göyçay, Ucar, Zərdab, Yevlax, Oğuz və Qəbələ rayonlarından gəlmiş şirniyyatçıların hazırladıqları mürəbbələrin satış yarmarkası təşkil edilib. Böyük ərazini əhatə edən yarmarkada rayonların hər birindən 12 şirniyyatçının hazırladığı 12 çeşiddə mürəbbə nümayiş olunmuş, habelə həmin şəhər və rayonların bədii kollektivləri, xalq tətbiqi sənəti ustaları öz bacarıqlarını göstəriblər. Qaydalara əsasən, hər iştirakçı müsabiqəyə bir mürəbbə növü ilə qatılıb. Festivalda nümayiş olunan 12 çeşid mürəbbənin hər biri 100 ballıq sistemlə qiymətləndirilib. Bunun üçün yaradılmış xüsusi komissiya tərəfindən 12 nəfərlik münsiflər heyətinin tərkibinə bu sahə üzrə ixtisaslaşmış mütəxəssislər və ekspertlər daxil edilib. Onlar 7 saat ərzində mürəbbələrin hansının daha dadlı və keyfiyyətli olmasını müəyyənləşdirməyə çalışıblar. Çox çətin və məsuliyyətli seçimdən sonra ən dadlı mürəbbələr müəyyən edilmiş və onları hazırlayan şirniyyatçılar mükafatlandırılıblar. Münsiflər heyətinin qərarına əsasən, festivalda Ucar rayonunun sakini Bəsirə Abbasova birinci yeri tutub. Onun hazırladığı ərik mürəbbəsi 93,6 balla qiymətləndirilmiş və qalibə 500 manat pul mükafatı verilib. Qəbələ komandası ən yaxşı gül mürəbbəsinə görə 300 manat, Oğuz komandası isə gavalı mürəbbəsinə görə 200 manat mükafat qazanıb. Digər rayonların komandaları diplomla təltif olunublar.
Festivalın təşkilat komitəsi gələcəkdə bu müsabiqəni beynəlxalq miqyasda keçirməyi planlaşdırır.




 
Bölməyə aid digər xəbərlər
20.06.2019
Melihə Əsədova: “Müəllimə verilən dəyər onun üçün stimuldur”
20.06.2019
“Uşaq əməyinin istismarının qarşısının alınması” mövzusunda maarifləndirici tədbir keçirilib
20.06.2019
Məşğulluq Mərkəzlərinin əməkdaşlarına əlilliyi olan şəxslər üçün özünüməşğulluq proqramı barədə təqdimat keçirilib
20.06.2019
Azərbaycan əhalisinin sayı açıqlandı
20.06.2019
Yayda Bakının torpaq bazarında qiymətlər necə olacaq?

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10812

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Prezidentin Sərəncamı: 160 minə yaxın müəllimin orta aylıq maaşı 605 manat oldu
5 Masallının Lürən kəndində yeni tibb məntəqəsi açılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info