Məcburi köçkün: Əməkhaqqı artan yüz minlərlə insan arasında mən, oğlum və qızım da var
Tarix: 03.09.2019 | Saat: 13:03:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin 2019-cu il iyunun 18-də imzaladığı sərəncamlarla minimum əmək haqqının 250 manata çatdırılması, dövlət qulluqçularının, eləcə də dövlət büdcəsindən maliyyələşən strukturların işçilərinin əmək haqlarının artırılması hər kəs tərəfindən minnətdarlıqla qarşılanıb.
Əslən Laçından olan məcburi köçkün, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin İsmayıllı rayonu üzrə aparıcı məsləhətçisi Tahir Əliyev AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində deyib: “Sağ olsun Prezidentimiz. İmzaladığı sərəncamlarla yüz minlərlə insanın əmək haqqısı artıb. Onların arasında mən, oğlum və qızım da var. Mənim, həmçinin İsmayıllı Rayon Gənclər və İdman İdarəsində məsləhətçi işləyən oğlumun əmək haqqısı 50 faiz artıb. Qızım İsmayıllıdakı 30 nömrəli Ağdam rayon tam orta məktəbdə müəllim işləyir. Diaqnostik qiymətləndirmədən sonra onların da əmək haqqısı əhəmiyyətli dərəcədə artmışdı. Prezidentimizin Sərəncamı ilə müəllimlərin maaşı sentyabrın 1-dən daha 20 faiz artırılıb. Onu da qeyd edim ki, İsmayıllı şəhərində salınan yeni qəsəbədə ailəmə ev də verilib. Bir sözlə, Prezidentimiz bizim üçün mümkün olan hər şeyi edir. Bütün bunlara görə dövlətimizin başçısına ailəm adından minnətdarlığımı bildirirəm. Əminəm ki, Prezidentimizin rəhbərliyi ilə dədə-baba torpaqlarımıza qayıdacağımız gün elə də uzaqda deyil”.




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
“İlin sonuna problemli kreditlərlə bağlı əhalini sevindirəcək dəyişiklik gözlənilir”
21.09.2019
Alma bağı salanlara şad xəbər!
21.09.2019
Azərbaycanda ata övladına Ərdoğan adı qoydu
20.09.2019
AccessBank-da vakansiya
20.09.2019
Bankda işləmək istəyənlərin nəzərinə

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10897

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
4 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
5 Krasnoyarskdakı “Odlar Yurdu“ xalq mahnı və rəqs ansamblı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info