“Hüseyn Cavid əbədiyyəti” mövzusunda respublika elmi konfransına hazırlıq görülür
Tarix: 03.09.2019 | Saat: 13:04:00 | E-mail | Çapa göndər


AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Hüseyn Cavidin ev-muzeyinin birgə təşkilatçılığı ilə oktyabrın 24-də “Hüseyn Cavid əbədiyyəti” mövzusunda respublika elmi konfransı keçiriləcək.
Akademiyadan bildirilib ki, konfrans dahi dramaturq və şair Hüseyn Cavidin anadan olmasının 137 illiyinə həsr edilib. Konfransda elmi məruzə ilə iştirak etmək istəyən tədqiqatçılar sentyabrın 15-dək məruzələrinin tam mətnlərini huseinjavid@gmail.com elektron ünvanına göndərə bilərlər.
Məruzələrin tərtibinə dair tələblər:
- Kağızın formatı - A4, Word redaktorunda;
- Məruzənin başlığı Times New Roman, 14 Pt, tünd, ortada olmalıdır;
- Müəllifin adı, soyadı, elmi dərəcəsi (varsa), işlədiyi (oxuduğu) müəssisənin adı, elektron ünvanı açıq şəkildə, Times New Roman, 12 Pt, normal, ortadan yazılmalıdır;
- Həcmi - 5 səhifədən çox olmamalıdır;
- Şrift - Times New Roman 12; sətirlərarası interval - 1,5;
- İstinadlar - avtomatik, səhifənin sonunda (şrift - Times New Roman 10);
- Məruzənin sonunda xülasə ingilis dilində 2-4 cümlə.
Konfransdan sonra məruzələr toplusunun nəşri nəzərdə tutulur.




 
Bölməyə aid digər xəbərlər
19.09.2019
Bakının əksər hissəsini işıqla təmin edən yarımstansiyalar yenidən qurulur
18.09.2019
Ağdamda keçirilən əmək yarmarkasında 51 nəfərə işə göndəriş verilib
18.09.2019
Muxtar respublikada istehlak bazarına ciddi nəzarət edilir
18.09.2019
Masallıda “Heydər Əliyev məfkurəsinin gənclər arasında təbliği” mövzusunda ekskursiya təşkil edilib
18.09.2019
Masallı Rayon İcra Hakimiyyəti başçısının Həsənli inzibati dairə ərazisinin Köçəkli kəndində səyyar görüşü

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10888

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
5 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info