“Taliban” ABŞ-la anlaşdı: Vaşinqton 5 400 əsgərini Əfqanıstandan çıxaracaq
Tarix: 03.09.2019 | Saat: 13:38:00 | E-mail | Çapa göndər


ABŞ-ın Əfqanıstandakı xüsusi nümayəndəsi Zalmay Xəlilzad bildirib ki, Qətərin paytaxtı Dohada aparılan danışıqlarda “Taliban” hərəkatı ilə Vaşinqton arasında razılıq əldə olunub. AZƏRTAC BBC telekanalının saytına istinadla xəbər verir ki, Birləşmiş Ştatlar 20 həftə müddətində özünün 5 400 əsgərini bu ölkədən çıxaracaq.
Xəlilzad qeyd edib ki, bu razılaşma ABŞ Prezidenti Donald Trampın təsdiqindən sonra həyata keçiriləcək. Onun sözlərinə görə, tərəflər doqquzuncu və sonuncu olan danışıqlardan sonra yekun qərar qəbul ediblər. Amerika əsgərləri hazırda Əfqanıstanda olan 5 dislokasiya məntəqəsini tərk edəcəklər. Vaşinqtonun bu addımından sonra ölkədə ABŞ-ın 8 600 nəfərlik qoşun kontingenti qalacaq.
BBC diqqətə çatdırıb ki, Dohada anlaşmanın əldə olunduğu saatlarda Kabildə dəhşətli terror aktı törədilib. Razılaşmanın şərtlərinə görə, ABŞ əsgərlərinin ölkədən çıxarılmasından sonra “Taliban” hərəkatı hökumət qüvvələri və sülhməramlı kontingentin əsgərlərinə qarşı hücumlara son qoymalıdır.
“Taliban” hərəkatının sözçüsü BBC-yə göndərdiyi mesajda Xəlilzadın bəyanatını təsdiq edib. O qeyd edib ki, bu razılaşmadan sonra atəşkəs elan edilməsi ilə bağlı danışıqlar aparılacaq.
Əfqanıstan Prezidenti Əşrəf Qaninin mətbuat katibi isə bildirib ki, razılaşmanın təfərrüatı ilə tanış olduqdan sonra dövlət başçısının adından bəyanat veriləcək.




 
Bölməyə aid digər xəbərlər
24.09.2019
Tramp Jonsonun İranla yeni müqavilə təklifini alqışlayır
24.09.2019
Türkiyədə 30 mindən çox şəxs güc strukturlarından çıxarılıb
24.09.2019
Türkiyə ilə Aİ arasında imzalanan köçlə əlaqədar razılaşmasının nəticələri
24.09.2019
“Ərdoğanın qaçqınlara yardım məsələsinə dair konkret planı var“
23.09.2019
“Müharibəyə başlayan tərəf biz olmayacağıq“

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10897

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
4 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
5 Krasnoyarskdakı “Odlar Yurdu“ xalq mahnı və rəqs ansamblı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info