Yerevanın Qarabağ məsələsində manevr etməyə çox vaxtı qalmayıb
Tarix: 03.09.2019 | Saat: 14:55:00 | E-mail | Çapa göndər


Nikol Paşinyanın Dağlıq Qarabağ və onun statusu ilə bağlı mövqeyi təxribatçıdır və müasir reallıqlara cavab vermir.
Trend-in məlumatına görə, bunu rusiyalı teleaparıcı, siyasi ekspert Yevgeni Mixaylov Qarabağda cinayətkar rejimin qeyd etdiyi qondarma “müstəqillik günü” ilə əlaqədar bildirib.
Ekspertin fikrincə, qondarma “müstəqillik günü”nün qeyd olunması Azərbaycanla Ermənistan arasında onsuz da minimal səviyyədə olan dövlətlərarası münasibətlərin daha da kəskinləşməsi üçün səbəbdir:
“Hesab edirəm ki, Paşinyan Rusiyanın birbaşa milli maraqlarının olduğu Suriyada və Yaxın Şərqdə mürəkkəb vəziyyətdən istifadə edərək, qəsdən vəziyyəti kəskinləşdirir. Bununla da erməni baş nazir digər problemlərlə məşğul olan güclü dövlətlərin diqqətindən yayınmaq və öz siyasi problemlərini dərhal həll etmək istəyir. Amma bu, böyük yanılmadır. Çünki Moskva anlayır ki, Bakı güclü regional iştirakçı və müttəfiqdir və yeni erməni siyasətçilərə Rusiyanın xeyirxahlığından yararlanmamalıdır”.
Ekspert bildirib ki, Yerevanın manevr etməyə çox vaxtı qalmayıb, çünki o, Moskvanın dəstəyini itirə bilər:
“İndiki reallıqda Rusiya Azərbaycana öz ərazi problemlərini həll etməyə imkan verə bilər”.




 
Bölməyə aid digər xəbərlər
04.07.2020
“Türkiyə xəstəxanaları Avropada birinci, dünyada isə sayılıb-seçilən xəstəxanalardır“
03.07.2020
“Ayasofya ilə bağlı ittihamlar Türkiyənin suverenlik haqqına birbaşa hücumdur“
03.07.2020
“Sərəncam Prezidentin media üçün təklif etdiyi yeni baxış modelidir”
03.07.2020
Ön cəbhənin ağ xalatlı qəhrəmanları!
03.07.2020
Prezident daim tutarlı faktlar və məntiqi arqumentlərlə işğalçı ölkəni ifşa edib

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11546

1 Tural Gəncəliyev: “Dağlıq Qarabağ xalqı” deyə bir anlayış yoxdur, sadəcə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin əhalisi anlayışı var
2 “Azərbaycanın olmadığı yerdə Türkiyə, Türkiyənin də olmadığı yerdə Azərbaycan var” - bu bizlərin şüarıdır…”
3 Prezident və birinci xanım İçərişəhərdə aparılan bərpa işləri ilə tanış olublar-YENİLƏNİB
4 Azərbaycan Prezidentinin təşəbbüsünə verilən dəstək beynəlxalq ictimaiyyətin ölkəmizə böyük etimadının göstəricisidir
5 Azərbaycan Turizm Agentlikləri Assosiasiyası və AZAL ikitərəfli əməkdaşlığı genişləndirir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info