Daxili İşlər naziri Türkiyə Polis Akademiyasında magistr təhsili alacaq əməkdaşlarla görüşüb
Tarix: 03.09.2019 | Saat: 15:27:00 | E-mail | Çapa göndər


“Azərbaycan Respublikası hökuməti və Türkiyə Respublikası hökuməti arasında polis təhsili sahəsində əməkdaşlıq haqqında” 2011-ci il 25 oktyabr tarixli protokola əsasən, 2019-2020-ci tədris ilində Türkiyə Milli Polis Akademiyasının Polis Rəisləri Təlim Mərkəzində magistr təhsili almaq üçün Azərbaycan Polisinə 6 yer ayrılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun göstərişinə əsasən nazirliyin “Avtomatlaşdırılmış kadr informasiya sistemi” vasitəsilə şərtlərə uyğun olaraq bakalavr ali təhsil dərəcəsinə malik, türk dilini yaxşı bilən, fiziki hazırlıqlı, geniş dünyagörüşlü, müasir informasiya texnologiyaları ilə işləməyi bacaran 6 əməkdaş seçilərək sənədləri qardaş Türkiyənin müvafiq təhsil müəssisəsinə göndərilib. Bu münasibətlə seçilmiş namizədləri qəbul edən Daxili İşlər naziri Vilayət Eyvazov onları təbrik edərək iki qardaş ölkənin Daxili İşlər nazirlikləri arasındakı əməkdaşlığın yüksək səviyyədə olmasını məmnunluqla qeyd edib, təhsil alacaqları dövrdə türkiyəli həmkarlarının təcrübələrindən yararlanmağı, öz üzərilərində daim işləməyi, biliklərini və fiziki hazırlıq səviyyələrini artırmalarını tövsiyə edib. O, əmin olduğunu bildirib ki, təhsil alacaqları müddətdə onlar Azərbaycan polisini, xalqımızı şərəflə təmsil edəcəklər.

Anar




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
“Türk ocağı” Azərbaycanda bərpa olundu
21.09.2019
Bakı dünyanın 60 ən təhlükəsiz şəhəri sırasındadır
21.09.2019
Ekoloji sənədlərin verilməsi prosesi daha da asanlaşdırılacaq
20.09.2019
“Selcanın bütün dedikləri doğrudur“-Fuad Qəhrəmanlının ikinci qızı
20.09.2019
İçi dərmanla dolu 4 anbar aşkarlanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10895

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


22.09 17:45
© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info