“Paşinyanın əvvəlki reytinqindən artıq əsər-əlamət qalmayıb”
Tarix: 03.09.2019 | Saat: 14:57:00 | E-mail | Çapa göndər


Əksəriyyəti sabiq rejim tərəfindən təyin edilmiş xaricdəki səfirlərdən bir iş aşmadığın görən Nikol Paşinyan özü yaxın zamanda ABŞ-a səfər hazırlığına başlayıb. Xatırladaq ki, hələ bir müddət bundan əvvəl Fransada erməni dilində nəşr edilən «Nouvelle d’Armenie» nəşrinə açıqlama verən Paşinyan Ermənistan-Rusiya münasibətlərini şərh edərək amerikalı müşavir Con Boltonun Ermənistanın çoxəsrlik komplekslərindən qurtulmaq barədə dediklərinə dəstək olduğunu bildirmişdi. Əslində, bunu vaxtilə İrəvanda «Putin» klublar şəbəkəsi açmaq istəyən bir “xalq nümayəndəsinin”, bu gün ABŞ-a yarınmaq üçün nümayiş etdiryi növbəti yaltaqlıq kimi də qəbul etmək olar.
Maraqlıdır ki, ermənilərin «Qolos Armenii» saytı Paşinyanın xarici ölkə nəşrinə verdiyi açıqlamasının bir çox diqqətəlayiq məqamlara malik olduğunu istisna etmir. Məsələn, bu müsahibədə Moskva ilə İrəvan arasındakı münasibətlərin son vaxtlar elə də yaxşı olmadığını təkrarlamağı xoşlayan Paşinyan deyir: « "Biz Rusiya ilə suveren tərəfdaşlarıq. Əgər onların buna şübhə etmək hüququ varsa, belə olan halda, biz də eyni səlahiyyət sahibiyik. Bundan əlavə, tərəfdaşlıq öhdəlikləri məsələsində də biz eyni hüquqa malik olmalıyıq».
Əslində, Boltonun Ermənistan barədə dedikləri «çoxəsrlik komplekslərdən qurtulmaq» ifadəsini «tarixi nümunələrdən» biri kimi də qəbul etmək olar. Çünki amerikalı müşavir bu ifadəni təkcə Ermənistan barədə danışarkən işlətməyib. Amma bir müddət əvvəl erməni diplomatları ilə görüşdə Paşinyanın «erməni suverenliyi»ni xatırladıb, səfirlərdən fəaliyyətlərini elə «suverenlik» üzərində qurmaq vəzifəsini tələb etməsi bəzi çaşqınlıqlara səbəb olur. Əvvəla bu, Boltonun vaxtilə İrəvanda dediklərinin Paşinyan tərəfindən başa düşüldüyünün sübutudur ki, Nikol hələ də bu barədə susmağı üstün tutur. Bəs belə olan halda, niyə Paşinyan məhz indi Boltonun yanaşmaları ilə razılaşdığını və Amerikanın öyrətdiyi dərsi yaxşı başa düşdüyünə əmin olduğuna qərar vermək niyyətinə düşüb? Sayta görə, sadəlövh uşaq olmayan Nikol təsadüfi addımlar atmır. Əslində, onun ABŞ-a səfər ərəfəsində Amulsarla bağlı müzakirələri prezident iqamətgahında aparması, Ermənistan-Rusiya və eyni zamanda Dağlıq Qarabağ münasibətlərinə toxunması da təsadüf kimi qəbul edilməməlidir. Məlum olduğu kimi, Nikolun ABŞ səfəri onun bu ölkədəki erməni strukturları ilə görüşlə məhdudlaşacağı indidən məlumdur. Tramp və ya ən yaxşı halda Pompeo ilə görüşmək istəyi, təbii ki, Nikol üçün xəyali bir şeydir. Lakin buna baxmayaraq, erməni baş nazir Boltonun yanaşmaları ilə razılaşdığı barədə Vaşinqtona yaltaqlıqla müşahidə edilən mesajlar göndərməkdədir.
Maraqlıdır ki, bütün bunların Paşinyan üçün məhz bu gün vacib olduğunu sual kimi qoyan sayt özü də cavab verir. Saytın iddiasına görə, bəli, çünki Nikolun əvvəlki reytinqindən artıq əsər- əlamət qalmamaqdadır. Onun reytinqi, ya ölkə polisinin hərəkətlərinə, ya Amulsara, ya da İstanbul Konvensiyasına görə hər gün düşür. Qeyd edilməlidir ki, Paşinyanın reytinqinin düşməsində onun yarıtmaz komandası da böyük rol oynamaqdadır. Bunlardan əlavə, bu gün ölkədə Paşinyan üçün ən böyük problemlərdən biri Robert Koçaryan olaraq qalmaqdadır. Məsələ ondadır ki, rəsmi dövlət xadimlərinin və digər şəxslərin Robert Köçəryana göndərdiyi təbriklər Paşinyanda qəzəblə müşahidə edilən qıcıq oyatmaqdadır.
Yeri gəlmişkən, Putinin İrəvana ehtimal edilən səfəri zamanı onun Koçaryanla görüşmək istəyinin Paşinyan tərəfindən necə qarşılanacağı indi çoxları üçün böyük maraq kəsb etməkdədir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
06.04.2020
Ermənistanda 6 polis əməkdaşı koronavirusa yoluxub
06.04.2020
Moskvada 30 uşaqda koronavirus infeksiyası təsdiqlənib
06.04.2020
Ermənistanda qadın minaya düşüb
06.04.2020
Rusiyada koronavirusa yoluxanların sayı 6 mini keçdi
06.04.2020
Latviyada koronavirusa yoluxanların sayı 533 nəfərə çatıb

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11498

1 “300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”
2 Türkiyədə azan vaxtı çəkilən bu video heyrətə gətirdi-VİDEO
3 “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”
4 İtaliyada koronavirusdan 5 nəfər ölüb, qalanları isə...
5 Prezident Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub YENİLƏNİB


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info