Müəllimlərin maaşlarının artırılması təhsilin keyfiyyətin daha da yüksəldilməsinə təkan verəcək
Tarix: 03.09.2019 | Saat: 16:02:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə sentyabrın 1-dən dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin vahid aylıq vəzifə maaşlarının 20 faiz artırılması müəllimləri daha əzmlə fəaliyyət göstərməyə ruhlandıracaq. Bu isə ölkədə təhsilin inkişafına, keyfiyyətin yüksəldilməsinə təkan verərək.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Ağdam rayonu Qaradağlı kənd tam orta məktəbin müəllimi Sübhan Məhərrəmov deyib. Laçın rayonundan məcburi köçkün olan S.Məhərrəmov dövlət başçısının imzaladığı sərəncamların onun ailəsinin maddi rifahının yüksəlməsinə xeyli təsir edəcəyini bildirib: "Dövlət başçısının fevralın 26-da imzaladığı Sərəncama əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği 2019-cu il aprelin 1-dən 50 faiz artırılıb. Bu, dörd nəfərdən ibarət ailəmiz üçün olduqca sevindirici hal idi. Prezidentimizin digər Sərəncamı ilə sentyabrın 1-dən təhsil işçilərinin əməkhaqlarının 20 faiz artırılması isə sevincimizi ikiqat artırdı. Çünki həyat yoldaşım da, mən də təhsil işçisiyik".

Gənc müəllim qeyd edib ki, son illərdə təhsil işçilərinin əməkhaqları xeyli yüksəlib. Bütün bunlar dövlətimiz tərəfindən müəllimin əməyinə verilən qiymətin, təhsilin inkişafına göstərilən qayğının nəticəsidir. Bu isə müəllimləri daha yaxşı işləməyə ruhlandırır. "Dövlətimizin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı sayəsində məktəblərdə tədrisin səviyyəsi, şagirdlərin nizam-intizamı, dərsə davamiyyəti yüksəkdir. Ən ucqar kəndlərdə belə məzunlar yüksək balla ali məktəblərə qəbul olurlar. Mənim işlədiyim Qaradağlı kənd tam orta məktəbi təmas xəttinə yaxın məsafədə yerləşir. Buna baxmayaraq, məktəbin məzunları hər il ali məktəblərə keçirilən imtahanlarda uğurlu nəticələr göstərirlər. Bu il də məzunlarımızdan 10 nəfəri respublikamızın müxtəlif ali məktəblərinə qəbul olub. Onlardan iki nəfəri 600-dən çox bal toplayıb. Yaradılan bu şəraitə görə, təhsilə, təhsil işçilərinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdaram”, - deyə gənc müəllim bildirib.




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
“İlin sonuna problemli kreditlərlə bağlı əhalini sevindirəcək dəyişiklik gözlənilir”
21.09.2019
Alma bağı salanlara şad xəbər!
21.09.2019
Azərbaycanda ata övladına Ərdoğan adı qoydu
20.09.2019
AccessBank-da vakansiya
20.09.2019
Bankda işləmək istəyənlərin nəzərinə

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10897

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
4 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
5 Krasnoyarskdakı “Odlar Yurdu“ xalq mahnı və rəqs ansamblı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info