Əli Kərimlinin “amansızlıqları”...
Tarix: 03.09.2019 | Saat: 16:03:00 | E-mail | Çapa göndər


Son illər “sosial şəbəkə müxalifəti” kimi tanınan Azərbaycan müxalifətçiləri hakimiyyəti söyməyi, təhqir etməyi əsl müxalifətçilik kimi, cəmiyyətə sırımağa çalışırlar. Bu cür fəaliyyətlərdə isə ən çox aktiv görünən xaricdə formalaşan bir qrup söyüşcül dəstə və ənənəvi müxalifət partiyalarından olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) uzun illərdir ki, dəyişməz qalan sədri Əli Kərimlidir. Əli Kərimli təkcə hakimiyyətə qarşı radikal çağırışları ilə seçilmir, o sosial şəbəkələrin “qəhrəmanı” kimi görünməyə də çalışır. Onun siyasətdə uğursuz biri olması, təkcə təmsil olunduğu keçmiş iqtidarın-AXC-Müsavat hakimiyyətinin bərbad komanda olması ilə bağlı deyil. Düşüncə tərzi, siyasi təfəkkürünün 90-cı illər səviyyəsində qalması, yenilikçi olmaması, partiya daxilində gəncləri irəli çəkməmək, radikal çağırışlar və əməllərə meyillilik AXCP sədrini zaman-zaman uğursuzluq sindromuna salıb. Sadəcə olaraq, bu adamı cəbhəçilər, onun mediada sağ və sol əlləri sayılan Qənimət Zahid və Sevinc Osmanqızı cəmiyyətə fərqli formada təqdim etməyə çalışırlar. Perspektivsiz partiya rəhbəri olan birini şişirdib dağ başına qaldıranlar, konkret olaraq cəbhəçilər və “milli şura” üzvləri bəzən paylaşımlarında elə pafoslu fikirlərdən istifadə edirlər ki, düşünürsən, qarşındakı vaxtilə öz liderinə xəyanət etmiş, müxalifət düşərgəsində belə, sevilməyən biri deyil, sanki “Mandela”dır... Məsələn, “Azadlıq” qəzetinin “Facebook”dakı səhifəsində “AXCP sədri yenə amansız davarandı” başlıqlı yazı paylaşılıb. Əslində, heç bir siyasi çəkisi olmayan bu cür müxalifət rəhbərləri cəmiyyətdə diqqət çəkmək üçün müxtəlif üsullardan istifadə edirlər ki, bunlardan biri də əlaltılarına onu gecə-gündüz vəsf etmələrini tapşırmalarıdır. “Amansız Əli Kərimli”ni bu gün şişirdib cəmiyyətə qəhrəman kimi təqdim etməyə ehtiyac yoxdur. Bu həmin adamdır ki, onu və yaxın ətrafını 90-cı illərin əvvəllərində xalq yaxşı tanıdı, bir ildə millətin başına olmazın zülmlərini, faciələrini gətirdi, xaos, iqtisadi tənəzzül, dərəbəylik, kriminogen qrupların “məmurlaşması” kimi anormal prosesləri sürətləndirdilər. Bəli, onu bu gün “amansız” deyib, hakimiyyətə nifrətdə birinci olması kimi tanıda bilərsiniz. Amma gəlin görək, bu adam doğrudanmı, səmimi, demokrat, haqq-ədalət tərəfdarıdır? Həqiqətənmi AXCP sədri öz şəxsi ambisiyalarını kənara atıb xalqı düşünür?!


Əli Kərimli təkcə dövlətə qarşı “amansız” deyil, o vaxtilə öz liderinə qarşı da amansız davranmaları ilə ad çıxarmışdı. AXCP sədri cəbhəyə, öz həmkarlarına, Müsavata, indi də ReAl Partiyasına qarşı amansızdır


Əli Kərimli təkcə dövlətə qarşı “amansız” deyil, o vaxtilə öz liderinə qarşı da amansız davranmaları ilə ad çıxarmışdı. AXCP sədri cəbhəyə, öz həmkarlarına, Müsavata, indi də ReAl Partiyasına qarşı amansızdır. Hətta onunla işi olmayan ADP sədri Sərdar Cəlaloğluna belə çamurlar atmaqdan, öz yaxınlarını, trollarını səfərbər etməkdən çəkinməyib. Əslində, elə Sərdar Cəlaloğlu da zamanında, özünü müxalifətdə əsas rəhbər kimi göstərən AXCP sədrini yaxşı xarakterizə edərək demişdi: “Əli Kərimli müxalifətin lideri deyil. O, heç AXCP lideri ola bilmədi. Elçibəyin ölümündən sonra partiya parçalandı. Əli Kərimlinin əlində qalan hissə 6-7 yerə dağıldı. Bir təşkilata liderik edə bilməyən insan müxalifətin necə lideri ola bilər? Bütün bunlar onun hakimiyyət hərisliyini göstərir. O, müxalifətdə qalmağından özünə hakimiyyət düzəltmək istəyir. Onun hansı addımı cəmiyyət və müxalifət düşərgəsi daxilində qəbul edilir?”.
Doğrudan da öz keçmişinə nəzər yetirməyən Əli Kərimli “amansızlıqlarını” ona xatırladanlardan inciməməlidir. Nəinki ADP, Müsavat, ReAl Partiyası və ya digər müxalifət təşkilatları, hətta Əbülfəz Elçibəyin ailəsi, yaxınları belə, AXCP rəhbərinin əsl simasını, “amansız”lığını dəfələrlə dilə gətiriblər. Əbülfəz Elçibəyin qardaşı oğlu Hürrü Əliyev onunla bağlı demişdi: “Mərhum Əbülfəz Elçibəyin otağından öz otağına dinləyici qurğu aparatı birləşdirməsi faktını hamı xatırlayır. Onun Əbülfəz Elçibəy əleyhinə sifarişlə yazdırdığı, əxlaqa, insanlığa sığmayan məqalələri də hamı xatırlayır. Bu çirkin kampaniyaya Elçibəy Türkiyədə ölüm yatağında olanda belə, son verilmədi. Bu, adi xəyanət deyildi, ləyaqətsiz bir hərəkət idi. Əli Kərimli onu illərlə davam etdirdi. Bunu heç kim unutmayıb. Nə Elçibəy ailəsi, nə də elçibəyçilər”
Əlbəttə, müxalifət düşərgəsindən tutmuş sadə adamlar, ziyalılar, cəmiyyətin bütün təbəqələrinə qədər olan insanların bu cür açıqlamalarını daha çox təqdim edə bilərik. Yəni bu gün “amansız” kimi təqdim edilib şişirdilən Əli Kərimlinin əsl simasını, əsl məqsəd və məramlarını elə onun öz keçmiş dostları, həmkarları, silahdaşları, hətta cəbhədən yeni ayrılmış insanlar belə, açıb göstərirlər. Bunları ki, biz demirik, bütün bu kimi onlarla mətbuatda gedən ifşaedici fikirlər ki, müxalifətin öz dilindən səslənir. Özünü “Elçibəyçi” kimi təqdim etməklə deyil, elə ən “amansız” davranışın məhz öz liderinə qarşı sərgiləndi, tarixdə də bu cür qalacağına şübhə yoxdur!
Perspektivsiz partiya rəhbəri olan birini şişirdib dağ başına qaldıranlar, konkret olaraq cəbhəçilər və “milli şura” üzvləri bəzən paylaşımlarında elə pafoslu fikirlərdən istifadə edirlər ki, düşünürsən, qarşındakı vaxtilə öz liderinə xəyanət etmiş, müxalifət düşərgəsində belə, sevilməyən biri deyil, sanki “Mandela”dır...
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
19.09.2019
Gündəmdə qalmağa çalışanlar...
18.09.2019
Əli Kərimli indi də Müsavatı idarə etməyə hazırlaşır?
18.09.2019
İki qardaş ölkənin dövlət bayraqları Təkaltı dağının zirvəsində
17.09.2019
AİDA ilə Pontifik Şərq İnstitutu Anlaşma Memorandumu imzalayıb
17.09.2019
Gültəkin Hacıbəylinin 2 maşınına və mənzilinə həbs qoyuldu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10888

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
5 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info