Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı məsələləri müzakirə olunub
Tarix: 03.09.2019 | Saat: 22:22:00 | E-mail | Çapa göndər



Sentyabrın 3-də İstanbul valisi Ali Yerlikaya ilə ölkəmizin bu şəhərdəki baş konsulu Məsim Hacıyevin görüşü olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda baş tutan görüş zamanı ölkələrimiz arasındakı iqtisadi əməkdaşlığın perspektivləri müzakirə olunub. Bu sahə üzrə əməkdaşlığın daha da artırılması istiqamətində birgə səylərin davam etdirilməsinin vacibliyi vurğulanıb.
M.Hacıyev dərin mənəvi və tarixi dayaqlara söykənən Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi “Bir millət, iki dövlət” şüarı əsasında inkişaf etdiyini bildirib. Qeyd edilib ki, bu siyasət bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
A.Yerlikaya iki qardaş ölkə arasındakı mövcud münasibətlərin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Prezidenti İlham Əliyevin birgə səyləri nəticəsində daha da dərinləşdiyini bildirib. O, bu münasibətlərin bundan sonra da bu istiqamətdə inkişaf edəcəyinə əminliyini vurğulayıb.
Söhbət əsnasında baş konsul İstanbul valisini Bakıya səfərə dəvət edib.




 
Bölməyə aid digər xəbərlər
24.09.2019
“Şərq-Qərb”, “Şimal-Cənub“ beynəlxalq nəqliyyat dəhlizləri və Azərbaycanın geoiqtisadi maraqları
24.09.2019
XİN: Azərbaycan təmas xəttində baş verən hadisəni araşdıracaq və onu törədənlər cəzalandırılacaq
24.09.2019
Nyu-Yorkda Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyan arasında görüş keçirilib
24.09.2019
Xarici işlər naziri ATƏT-in Baş Katibi ilə görüşüb
24.09.2019
Ermənistanın son bəyanatları sübut edir ki, hazırkı hökumət beynəlxalq hüququn kobud şəkildə pozulması yolunu davam etdirir

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10897

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
4 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
5 Krasnoyarskdakı “Odlar Yurdu“ xalq mahnı və rəqs ansamblı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info