“ABŞ ilə ikitərəfli danışıqlara dair qərarımız yoxdur“
Tarix: 04.09.2019 | Saat: 00:05:00 | E-mail | Çapa göndər



İran Prezidenti Həsən Ruhani ABŞ ilə ikitərəfli danışıqlara dair heç bir qərarlarının olmadığını açıqlayıb.


Bu barədə "Təsnim" agentliyi məlumat yayıb. Bildirib ki, İran Prezidenti Həsən Ruhani bir tədbirdə çıxışı zamanı ölkə gündəliyindəki məsələləri qiymətləndirib: "ABŞ ilə ikitərəfli danışıqlara dair heç bir qərarımız yoxdur. Əlbəttə bu istiqamətdə təklif var idi, lakin heç bir zaman müsbət bir cavab verməmişik. ABŞ bütün sanksiyalarını sona çatdırsa 5+1 iclaslarına qatılması mümkündür. Müzakirə dedikdə bəziləri ikitərəfli danışıqları başa düşür amma ikitərəfli danışıqlar heç bir şəkildə gündəmdə deyil". Həsən Ruhani, həmçinin qeyd edib ki, Amerikalılar İran xalqına təzyiq göstərərək diz çökdürə bilməyəcəkləri qənaətinə gəliblər. Bizim xalqımız iqtisadi müharibənin qalib tərəfidir. Avropa İttifaqı üzvü ölkələr ilə danışıqların cümə axşamı gününə qədər sona çatmaması halında üçüncü addımı elan edəcəklərini ifadə edən prezident Ruhani: “ Atdığımız ilk addımdan sonra 5+1 ölkələrə tarixi fürsət verdik. Onlar verilən müddət ərzində öhdəliklərini yerinə yetirə bilərlər. ABŞ Nüvə razılaşmadan təktərəfli olaraq çıxdıqdan sonra Aİ ölkələri vəzifələrini yerinə yetirmədilər. Əgər bu öhdəliklərə əməl edilərsə ABŞ-ın siyasi, sosial və iqtisadi məğlubiyyətə uğrayacağına inamım tamdır”-deyə Ruhani bildirib.




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
“Əsrin müqaviləsi” Azərbaycan üçün ən vacib strateji layihələrdən biridir
21.09.2019
Torpağını döyüş meydanına çevirmək istəyən buyursun
21.09.2019
Azərbaycan bu gün xarici ölkələrə milyardlarla sərmayələr yatırır, bununla da əlavə gəlir mənbələri yaradır
20.09.2019
“Bunu belə zənn edənlərin qarşısında Türkiyə və Şimali Kıbrıs Türk Cümhuriyyəti olacaq“
20.09.2019
“Təhlükəsiz bölgə yaradılması barədə ləngimə olsa, ABŞ ilə fəaliyyətlərə son qoyular“

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10895

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info