“Walmart“ silah satışını dayandırır
Tarix: 04.09.2019 | Saat: 12:38:00 | E-mail | Çapa göndər


Amerika Birləşmiş Ştatlarındakı ən böyük pərakəndə mağazalar zənciri "Walmart" təcavüz aləti kimi istiffadə edilə biləcək silah-sursat satışlarını dayandıracağını açıqladı.

Müştərilərindən ölkə daxilindəki 4 min 700 mağaza içində açıq şəkildə silah daşımalarının tələb olunacağı ifadə edilən açıqlamada, Konqres də silahlarla bağlı təhlükəsizlik tədbirləri mövzusunda hərəkətə keçməyə dəvət olundu.
Açıqlamada ölkə daxilindəki silah satışlarının 2 faizini, hərbi texnika satışlarının isə 20 faizini həyata keçirən "Walmart"ın ov məqsədi ilə istifadə ediləcək silahları satmağa davam edəcəyi bildirildi.
"Walmart"ın silah satışı siyasətində bu dəyişiklikdən sonra bazar payının 20 faizdən 6-9 faizə düşməsinin gözlənildiyi bildirildi.
"Walmart"ın baş direktoru Daq Makmillon (Doug Mcmillion) şirkətin bu qərarına keçən ay Texasda El Paso və Ohayoda Dayton şəhərlərində törədilən silahlı hücumların təsirinin olduğunu qeyd edərək: "Mövcud status-kvonun qəbul edilməz olduğu bizim üçün aydındır" ifadəsini işlətdi.
Xatırladaq ki, ABŞ-ın Texas ştatının El Paso şəhərindəki "Cielo Vista" alış-veriş mərkəzindəki "Walmart" mağazasında avqustun 4-də təşkil edilən silahlı hücumda 22 nəfər həlak olmuş, 24 nəfər yaralanmışdı.
Bir neçə saatdan sonra isə Ohayo ştatının Dayton şəhərində bir barın yaxınlığında təşkil olunan silahlı hücumda da 9 nəfər öldürülmüşdü.




 
Bölməyə aid digər xəbərlər
24.09.2019
Tramp Jonsonun İranla yeni müqavilə təklifini alqışlayır
24.09.2019
Türkiyədə 30 mindən çox şəxs güc strukturlarından çıxarılıb
24.09.2019
Türkiyə ilə Aİ arasında imzalanan köçlə əlaqədar razılaşmasının nəticələri
24.09.2019
“Ərdoğanın qaçqınlara yardım məsələsinə dair konkret planı var“
23.09.2019
“Müharibəyə başlayan tərəf biz olmayacağıq“

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10897

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
4 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
5 Krasnoyarskdakı “Odlar Yurdu“ xalq mahnı və rəqs ansamblı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info