Dərbəndin qədim yeraltı hamamları bərpa olunacaq
Tarix: 04.09.2019 | Saat: 13:01:00 | E-mail | Çapa göndər


Birinci əsrin müəlliflərindən olan İosif Flavi bu yeri Kaspi darvazası adlandırır. Ümumiyyətlə, I-III əsrlərdə yunan və latın dilli müəlliflər Kaspi keçidindən danışarkən onu "qapı", "darvaza",
"şəhər qalası", "keçid" və "çıxış" sözləri ilə də əvəz etmişlər. Əlbətdəki söhbət Qədim Dərbənddən gedir. Mənbələrdən aydın olur ki, Kaspi keçidi eramızın birinci əsrindən strateji əhəmiyyətli keçidlərdən biri olub. Bu keçid Şimali Qafqazla Cənubi Qafqazı Yaxın və Orta Şərqlə birləşdirən mühüm vasitə idi. Dərbəndin adı Azərbaycan türklərinin, eləcə də bütün türk dünyasının nəhəng ədəbi abidəsi olan Kitabi-Dədə Qorqud dastanında da çəkilir. Qədim Dəbəndin tarixindən bir də onun tarixi abidələri xəbər verir. Burdakı Minarəli məscid (XIV), Şah Abbas məscidi (XVII), Sultan Bayat hamamı (XVII-XVIII), Xan məqbərəsi (XVIII), yer altı su anbarı (VIII-XVII), Xan sarayının qalıqları (XVIII) kimi memarlıq inciləri buna misal ola bilər. Dərbənddəki qədim Narın Qala tarixi-memarlıq kompleksi və Cümə məscidi isə 2003-cü ildə UNESKO-nun Dünya İrs Siyahısına daxil edilib.Hazırda Dərbəndin yeraltı hamamlarında bərpa işləri gedir. XII-XVI əsrlərə aid olan yeraltı hamamlar bərpa olundan sonra turistlərin ziyarətinə açılacaq. Bu barədə Dərbənd şəhərindəki Muzey-Qoruğun direktoru Əli İbrahimov məlumat verib. Onun sözlərinə görə analoqları Azərbaycanda, İranda və Gürcüstanda da olan bu hamamlardan biri turistlərin istifadəsinə veriləcək. Burada onlar üçün qədim hamam ənənələri yenidən nümayiş etdiriləcək. Ə.İbrahimov bildirib ki, hazırda bərpa işlərinin layihələşdirilməsi aparılır və ilin sonunda restavrasiya üçün vəsait ayrılması nəzərdə tutulur.QAFQAZ TV




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
“Türk ocağı” Azərbaycanda bərpa olundu
21.09.2019
Bakı dünyanın 60 ən təhlükəsiz şəhəri sırasındadır
21.09.2019
Ekoloji sənədlərin verilməsi prosesi daha da asanlaşdırılacaq
20.09.2019
“Selcanın bütün dedikləri doğrudur“-Fuad Qəhrəmanlının ikinci qızı
20.09.2019
İçi dərmanla dolu 4 anbar aşkarlanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info