Kukla Teatrı 88-ci mövsümünə start verdi
Tarix: 04.09.2019 | Saat: 14:31:00 | E-mail | Çapa göndər


Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı 88-ci mövsümünə start verdi.
Yeni və fərqli səhnə nümunələri vəd edən teatrın yaradıcı heyəti sevimli tamaşaçıları qarşısına sentyabrın 15-də çıxacaq. Həmin gün balaca tamaşaçılar repertuarında xüsusi yeri olan “Cırtdan” tamaşasını 3 seans olmaqla (12 və 14.00 Azərbaycan, 16:00 rus dilində) izləmək imkanı qazanacaqlar.
Cari ilin tamaşalarına gəlincə Azərbaycan xalq nağılı “Yeddi nar çubuğu” əsasında yeni nümunə hazırlanır.
Səhnələşdirəni Zülfüqar Rüfətoğlu, quruluşçu rejissoru Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Vüqar Camalzadə olan tamaşa ilin sonunadək teatrsevərlərin ixtiyarına veriləcək.
Tam müasir tərtibat, yeni səhnə vasitələrinin tətbiqi ilə ərsəyə gələcək tamaşada klassik nağıl-tamaşa, vizual elementlərlə ənənəvi kukla üslubunun sintezi təqdim olunacaq.
İlin sonunadək “Kitabi-Dədə Qorqud” dastanı əsasında türkiyəli dramaturq Hasan Erkekin yazdığı “Adını qazanan oğlan” pyesi də səhnə həllini tapacaq. Tamaşaya teatrın rejissoru Anar Məmmədov quruluş verir.
Qəhrəmanlıq, sədaqət və cəsarətin tərənnüm olunduğu səhnə nümunəsinin quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Vüqar Camalzadədir.
IV rübün son tamaşası isə A.S. Puşkinin “Balıqçı və balıq” nağılı əsasında hazırlanacaq “Qızıl balıq”dır. Bu tamaşa da Anar Məmmədovun quruluşunda hazırlanacaq. Səhnə işinin quruluşçu rəssamı Əfşan Əsədovadır. Musiqi tərtibatlı tamaşa tam klassik kukla sənəti estetikasında hazırlanır.
Özünün rəngarəng repertuar ənənəsinə sadiq qalan teatrda “Biri vardı, biri yoxdu” adlı nağıl-tamaşa da hazırlanacaq. Qurban Məsimovun Azərbaycan xalq nağıllarının məşhur personajlarının səhnə şousu adlandırdığı bu nümunə daha çox festivallar üçün nəzərdə tutulur.
Teatrda klassikləşən tamaşaların yeni səhnə həyatı qazanaraq tədim olunması da artıq ənənə halını alıb. Bu işin davamı olaraq repertuarda xüsusi yeri olan, lakin özünün tərtibat baxımından ömrünü başa vuran “Qoçaq Əhməd” və “Məlikməmməd” tamaşaları da tam yeni səhnələşdirmə və quruluşda yenidən balacaların görüşünə gələcəklər.
Dövlət Kukla Teatrının repertuarında olduğu kimi yaradıcı heyətində də yeniliklər var. Belə ki, bədii və texniki heyətlə yanaşı aktyor truppasına da gənc aktyorlar cəlb olunub. Bu ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Musiqili teatr aktyoru" ixtisası üzrə iki məzunu – Ramiz Qəmbərov və Yasin Abbasov teatr səhnəsində çıxış edəcəklər.




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
Amerika istehsalı olan “Möcüzə” filmi “Artım”da nümayiş ediləcək
22.09.2019
Milli Dram Teatrı mövsümü “Qarabağnamə” ilə açıb
22.09.2019
Tunc-İlk Dəmir dövrünə aid yeni kurqanlar aşkarlanıb
22.09.2019
Bakıda Beynəlxalq Sülh Günü ilə bağlı kitab sərgisi təşkil olunub
21.09.2019
Budapeştdə Macarıstan-Türkiyə Gülbaba Festivalı açılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info