ReAl funksioneri Gültəkin Hacıbəyliyə “faşist təfəkkürlü” dedi...
Tarix: 04.09.2019 | Saat: 15:45:00 | E-mail | Çapa göndər


Son bir neçə ayda Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP), eləcə də onun rəhbəri Əli Kərimlinin nəzarətində olan “milli şura” adlı qondarma təşkilatın üzvləri ilə ReAl Partiyası arasında ciddi narazılıq yaranıb. Bu narazılıq, hətta əvvəlki illərlə müqayisədə xeyli artaraq özünün pik həddinə çatıb. Bu gün isə ReAl Partiyasının icraçı katibi Natiq Cəfərli sosial şəbəkələrdə AXCP-nin və “milli şura”nın əleyhinə status paylaşıb. O qeyd edib ki, hər iki təşkilat şəxsən ona və ReAl-a qarşı qarayaxma kampaniyası aparır: “Milli şura” şəxsimə və ReAl-a qarşı qarayaxma, çamuratma kampaniyasını ərşə qaldırıb. Fikri olub, beyni olmayan bir qrup adam (sayları 100-ü keçmir, sadəcə hər birinin də 4-5 saxta profili var) küy yaradaraq fikir formalaşdırmağa çalışırlar. Və bu kampaniya birbaşa “milli şura” rəhbərliyinə daxil olan adamlar tərəfindən qızışdırılır, idarə olunur və yönləndirilir.
Həmin siyasi düşüncə tərzinin 25 ildir daşıyıcısı olanlar zaman-zaman eyni kampaniyanı, ya öz təşkilatlarının içində olanlara, ya da digər siyasi partiyalara qarşı aparıblar. Öz partiyalarından hökumət tərəfə keçib deputat, məmur olan onlarla adam var, deyə kompleksə düşüblər, fərqli düşünən görəndə sanki havalanırlar, ağılları-bilikləri yoxdur deyə, ancaq satqın söhbəti salırlar”.
ReAl funksioneri daha sonra qeyd edib ki, onlar satqın söhbətini və qarayaxma kampaniyalarını Müsavata qarşı da aparıblar: “Müsavat Partiyası 2013-cü ildə “milli şura”dan çıxanda eyni kampaniyanı onlara qarşı da apardılar. Bu insanlar anlamırlar ki, indiki rejimə qarşı nə qədər çoxsəsli və müxtəlif müqavimət mərkəzləri olsa, bir o qədər onların özlərinə xeyirdir. Çünki, hamını gözdən salıb ortada tək qalsalar, zatən zəif durumları daha pis vəziyyətə düşəcək, məhv olacaqlar - hakimiyyət bütün gücünü tək onlara yönəldəcək. Bu, o qədər aydın məntiqdir ki, anlamırlarsa, deməli beyinləri yoxdur”.
Natiq Cəfərli yazıb ki, “Azad Söz” verilişində Tural Sadıqlının qonağı olub, 1 saat 20 dəqiqədən çox mətləblərdən danışanda, videonun altında “milli şura”nın trollarından təhqir və söyüş yazılmasının şahidi olub: “Video ortada, girin baxın, bəziləri 2-3 cümləni kontekstdən çıxarıb yayırlar, artıq bizə, ReAl-a aidiyyəti olmayan, müstəqil insanlar da dilə gəlib cavab yazırlar ki, bu qədər yalançı olmayın. İndi irad bildirirlər ki, niyə "çətin olacaq" demişəm, bəs nə deyim, 25 ildir xalqı dolayanların, aldadanların ritorikası ilə danışım - "Gəlirik, Tindəyik, Az qaldı, Hakimiyyət çökür, Hamısı qaçmağa hazırlaşır" - beləmi danışım?! Mən belə məsuliyyətsiz və populist ola bilmirəm - siyasət budursa, tüpürüm belə yalan və pafos üzərində qurulmuş siyasətə.
Deyəcəksiz bu yazını nədən yazdım? Cavab verim - Biz həmişə çamur atanlara və qara yaxanlara cavab olaraq belə yazılar yazırıq - Bir daha: Həmişə. İndi də “milli şura” rəhbərliyinə daxil olan Gültəkin xanım mənə qarşı status yazıb, deyir ki, İsa Məsih də gəlsə, YAP namizədi olsa, heç bir seçkidə qalıb gələ bilməz - Bu cümləyə görə ona təşəkkür edirəm. Deməli, özü Həzrəti Fatimə deyil və YAP adı ilə iki seçkini qazanmayıb, ona mandat hədiyyə edilib. Gözəl etirafdır, bravo.
Sonra adam yenə "niyə də yox" sözünü yada salıb, halbuki həm mediada, həm də sosial şəbəkələrdə azı 15 dəfə bunu izah etmişəm - ya başa düşməyib, ya qəsdən cığallıq edir.
Sonra da xanım deyir ki, kimin müxalif, kimin müxalif olmadığına qərar verək - əsl faşist təfəkkürüdür. Kimin hansı mövqedə olduğunu, kimin tez-tez mövqe dəyişdiyini xalq görür və buna xalq qərar verəcək, Gültəkin xanım yox.
Ona son şans vermək istəyirəm - özü seçdiyi istənilən jurnalistlə birgə canlı yayımda debat edək, bütün daşları ətəyindən töksün, jurnalist istənilən sualı versin, mən isə ondan bir zaman nədən ReAl-a gəlmək istədiyini, nə cavab aldığımı soruşacam. Cavab gözləyirəm”.
Əslində, statusu olduğu kimi təqdim etməyə bilərdik. Sadəcə olaraq hər şeyin gün kimi aydın olduğunu göstərmək üçün Natiq Cəfərlinin fikirlərini oxuculara göstərdik ki, nəinki sosial şəbəkələrdə, yolda, küçədə belə, üz-üzə gəlsələr, müxalifət rəhbərləri bir-birinin ətini didməyə hazırdırlar... Statusu oxuduqdan sonra əlavə şərhə ehtiyac varmı? Bütün bunları izlədikdən sonra müxalifət daxilində uzun illərdir ki, cərəyan edən bu anormal proseslərin bundan sonra da davam edəcəyinə şübhə yaranmır.

Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2019
Əli Kərimli indi də Müsavatı idarə etməyə hazırlaşır?
18.09.2019
İki qardaş ölkənin dövlət bayraqları Təkaltı dağının zirvəsində
17.09.2019
AİDA ilə Pontifik Şərq İnstitutu Anlaşma Memorandumu imzalayıb
17.09.2019
Gültəkin Hacıbəylinin 2 maşınına və mənzilinə həbs qoyuldu
17.09.2019
Aslan İsmayılov və oğlu erməni casusun “qolları arasında“ - DTX-nı hərəkətə keçirəcək şok FOTOLAR

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10888

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
5 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info