“Barselona“ və Neymar bir-birilərini məhkəməyə veriblər
Tarix: 04.09.2019 | Saat: 16:08:00 | E-mail | Çapa göndər


Fransanın PSJ klubunun futbolçusu Neymar və İspaniya təmsilçisi "Barselona" bir-birilərini məhkəməyə veriblər.
27 yaşlı hücumçu Paris təmsilçisinə keçməzdən öncə ispanlardan 40 milyon avro bonus almalı idi, ancaq bu məbləğin yalnız 14 milyonunu ala bilib. Braziliyalı oyunçu qalan pulu və 10 faiz təzminatı tələb edir. Kataloniya klubu isə sabiq futbolçusu Neymarın mövqavilə şərtlərini pozduğu üçün ondan 75 milyon avro istəyir.
Artıq bu məsələ ilə bağlı iş iki dəfə təxirə salınıb. Məhkəmə iclası əvvəlcə bu il yanvarın 31-nə təyin edilsə də, son anda təxirə salınıb. Növbəti proses isə martın 31-nə salınıb, lakin Neymarın vəkilləri onun PSJ ilə müqaviləsini üzə çıxartmaqdan imtina ediblər. Hakim məhkəməni sentyabrın 27-nə təyin edib.
Bildirilir ki, şahidlər arasında Fransa klubunun prezidenti Nasser Əl-Xəlafi də olmalıdır, baxmayaraq ki, o, əvvəl ifadə verməkdən imtina edib.
Qeyd edək ki, Neymar 2 il əvvəl “Barselona”dan PSJ-yə rekord məbləğə - 222 milyon avroya keçib. Onun Paris klubu ilə 2022-ci ilədək müqaviləsi var.




 
Bölməyə aid digər xəbərlər
21.09.2020
Nelson Semedu bu kluba keçir
21.09.2020
“Barselona“ Suareslə razılığa gələ bilmir
21.09.2020
“Barselona”nın futbolçusu PAOK-da
21.09.2020
“Real“ heç-heçə ilə başladı
20.09.2020
“Barselona“ mövsümə kubokla başladı -VIDEO

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 “Azərbaycan öz məmləkətimizdir“
2 Ölkəmizə gələn turistlər arasında sorğu keçirilib
3 Sığorta bazarını necə inkişaf etdirmək olar?
4 Türksat 5A rabitә peyki noyabr ayında kosmosa buraxılacaq
5 Ayaqları kəsilən Rüstəm Nəbiyev inanılmazı bacardı - VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info