Koçaryanın işi ilə bağlı Konstitusiya Məhkəməsinin iclası polis mühasirəsində keçirilib
Tarix: 04.09.2019 | Saat: 19:05:00 | E-mail | Çapa göndər



Ermənistanın Konstitusiya Məhkəməsinin sabiq prezidenti Robert Koçaryanın həbsi ilə bağlı vəkillərin müraciətinə baxılması üzrə iclası keçirilib. AZƏRTAC erməni KİV-nə istinadla xəbər verir ki, iclas zamanı məhkəmənin binası polis tərəfindən mühasirəyə alınıb.

Koçaryanın vəkili jurnalistlərə bildirib ki, məhkəmə sabiq prezidentin hüquqlarının pozulması faktını təsdiq edib. Lakin Konstitusiya Məhkəməsi onun əleyhinə müvafiq maddələrlə cinayət işinin başlanmasını ölkənin əsas qanununa uyğun olduğu qərarını çıxarıb. Söhbət yalnız sabiq prezidentə qarşı həbs qəti-imkan tədbirinin seçilməsindən gedir. Belə ki, hakim Qrayr Tovmasyan Koçaryanın həbsdə saxlanılması qərarını şübhə altına alıb.
Sabiq dövlət başçısının vəkili də bəyan edib ki, Koçaryanın həbsini nəzərdə tutan cinayət məcəlləsinin 35-ci maddəsi konstitusiyaya zidd hesab olunub. O əlavə edib ki, bu qərardan sonra birinci instansiya məhkəməsi sabiq prezidentə qarşı həbs qəti-imkan tədbirini ləğv edə bilər.




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Paşinyanın “Whatsapp” yazışmaları ortaya çıxdı
20.09.2019
Cermukda şagirdlər də tətilçilərə qoşulublar
20.09.2019
Rusiya-Türkiyə əməkdaşlığı erməniləri məyus edib
19.09.2019
Rusiyanın Dövlət Duması Xəzərin hüquqi statusu haqqında Konvensiyanı ratifikasiya edib
19.09.2019
“Paşinyan çevrilişdən qorxduğu üçün güc orqanları rəhbərlərini neytrallaşdırır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info