Sentyabrın 4-dən Portuqaliyada siqaret kötüklərinə görə cərimə tətbiq olunub
Tarix: 04.09.2019 | Saat: 19:09:00 | E-mail | Çapa göndər



Portuqaliyada siqaret kötüklərinə görə 50-250 avro arasında cərimə tətbiq olunub.
AZƏRTAC Portuqaliya KİV-lərinə istinadla xəbər verir ki, küçəyə atılmış siqaret kötüklərinə görə böyük məbləğdə cərimələrin nəzərdə tutulduğu qanun sentyabrın 4-də qüvvəyə minib. Siqaretçəkmə üçün nəzərdə tutulan yerlərin ətrafına atılmış siqaret kötüklərinə görə əyləncə müəssisələrinin sahiblərini cəzalandırmaq da planlaşdırılır. Cərimələrin məbləği 25-250 avro arasında olacaq. Bu, layihənin təşəbbüskarlarının daha əvvəl təklif etdikləri məbləğdən aşağıdır.
Portuqaliya parlamentinin “İnsanlar-heyvanlar-təbiət” partiyasından olan deputatı Andre Silva qanunu pozanlar üçün 500 avrodan 9 min avroyadək cərimə tətbiq olunmasını təklif etmişdi.
Yeni qanun belə tullantıların ətraf mühitə təsiri haqqında əhalini məlumatlandırmağı hakimiyyət orqanlarının öhdəsinə qoyur. Bundan əlavə, bütün restoran və əyləncə müəssisələrində tütün tullantılarının utilizasiyası üçün külqabılar və avadanlıq olmalı, müəssisənin beş metr radiusda ətrafı siqaret kötüklərindən təmiz olmalıdır.




 
Bölməyə aid digər xəbərlər
23.09.2020
Rəqəmsal inkişaf: İnformasiya texnologiyalarında gender bərabərliyi
23.09.2020
20 çimərlikdə beynəlxalq ekoloji aksiya keçirilib-FOTOLAR
23.09.2020
“Toksik trio”nun gənclərə təsirini araşdırmaq üçün sosial tədqiqat aparılıb
22.09.2020
Paraqvayda xalq yeni doğulan uşaqlara Türk seriallarındakı adları qoyur
21.09.2020
Yaponiyada əhalinin tərkibində yaşlıların sayı dünya üzrə rekord səviyyəyə çatıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11602

1 Tural Gəncəliyev: Ermənistan parlamentində müzakirə olunan “Soyqırımı məsələləri haqqında” qanun layihəsi dünya ictimaiyyətini aldatmağa yönəlib
2 Düşmən astanada: Pentaqon rəsmiləri nə üçün amerikalıları böyük müharibə ilə qorxudur?-VİDEO
3 Baş Prokurorluq ibtidai sinif müəlliminin intiharı ilə bağlı yeni məlumat yayıb
4 Ekspert: İşləyən pensiyaçılar üçün yeni pensiya kapitalı formalaşacaq
5 Musiqili Teatr mövsümü “Ər və arvad”la açıq elan edəcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info