Ömrünün 65 ilini sadə peşəyə həsr edən cəlilabadlı pinəçi
Tarix: 05.09.2019 | Saat: 08:58:00 | E-mail | Çapa göndər



Müasir dövrümüzdə unudulmaqda olan qədim pinəçilik bu gün də sənət qədri bilənlər tərəfindən qorunur, öz ahəngi ilə yaşadılır. Səksən beş illik ömrünün nə az, nə çox, düz 65 ilini bu sənətə həsr edən Mustafa Heydərov yaşadığı Cəlilabad rayonunda indi bu peşənin sadiq keşikçilərindədir. Qocaman sənətkarla bizi əməkdaşımız İsmayıl Cəfərli tanış edəcək.

AZƏRTAC xəbər verir ki, atalarımız “Zərin qədrin zərgər bilər” deyib... Ta qədimdən xalqın xidmətində duran sadə peşə, sənət adamları da həmişə öz işlərinin zərgəri olublar. Pinəçilik də Azərbaycanda qədim sənət növlərindən biridir. Adətən bu peşəni nəsil davamçıları bir-birinə ötürərək yaşadıb. Amma dünyanın hər üzünü görmüş ahıl, nurani həmsöhbətimiz Mustafa Heydərovun bu sənətə gəlişi genlə bağlı deyil, o, pinəçiliyi uşaq yaşlarından özü seçib.
“1953-cü ildə rayonumuzda sənətkarlar uşaq ayaqqabıları tikirdilər. O vaxt ayaqqabıların bir cütünü tikmək üçün mənə verdilər. Yəni, könüllü gözəyarı tikdim. Usta ayaqqabını çevirib hazır edəndə mənə o qədər yaxşı təsir bağışladı ki, dedim bu sənət artıq mənimdir, vəssalam. O gündən bu sənətlə məşğul oluram”, - deyə pinəçi Mustafa Heydərov bildirib.
Mustafa kişi 65 ildir usta öz müştərilərini Cəlilabadın M.F.Axundov küçəsindəki kiçik bir köşkdə nəvazişlə qarşılayır, razılıqla yola salır. Qədim pinəçiliyin keçmişini gözlərin önündə canlandırmaq istəyirsənsə, onun çalışdığı dükanı kənardan bircə anlıq seyr etmək kifayətdir ki, o mənzərənin şahidi olasan. İndiki pulla 500-600 manata qədər aylıq qazancının olduğunu və tələb olunan vergi planını vaxtında ödədiyini bildirən pinəçi deyib: “Mən böyük ailəmə bu sənətin hesabına çox yaxşı baxmışam. Pinəçilik sənət məni bu yaşa qədər yaşadıb. Mən bu sənətə borcluyam. On uşaq böyütmüşəm, onları bu sənətin çörəyi ilə dolandırmışam. Şükürlər olsun, hamısını da yerbəyer eləmişəm”.
Pinəçi Mustafa deyir ki, əvvəllər bu sənətin sahiblərinə böyük hörmət-izzət var idi. İndi isə insanların ayaqqabı təmirinə marağı azalıb. Çünki çox insanlar ayaqqabı təmir etmək əvəzinə təzəsini alırlar. Ona görə də pinəçilərə ehtiyac qalmayıb. Bu gün yaşadığı rayonda pinəçi Mustafa əmini tanımayan yoxdur. Müştəriləri də ondan ağız dolusu razılıq edirlər.
İndiyədək heç kəsi narazı salmadığını və aldatmadığını deyən Mustafa Heydərov bildirib: “Ayaqqabı təmiri üçün kimə nə söz vermişəmsə, vaxtında həll etmişəm. Get, sabah gəl, get, biri gün gəl etməmişəm. Bu sənətin sahibi olduğum üçün bəzən ayaqqabını da öpmüşəm”.
Ötən illər ərzində Mustafa ustanın onlarla yetirməsi olub. Amma təəssüf hissi ilə deyir ki, hazırda onların içərisində bu sənəti davam etdirməyənlər də var.




 
Bölməyə aid digər xəbərlər
24.09.2019
52 min insana şad xəbər-əmanətlər geri qaytarılacaq!
22.09.2019
“İlin sonuna problemli kreditlərlə bağlı əhalini sevindirəcək dəyişiklik gözlənilir”
21.09.2019
Alma bağı salanlara şad xəbər!
21.09.2019
Azərbaycanda ata övladına Ərdoğan adı qoydu
20.09.2019
AccessBank-da vakansiya

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10897

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
4 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
5 Krasnoyarskdakı “Odlar Yurdu“ xalq mahnı və rəqs ansamblı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info