Heydər Əliyev Fondunun uşaqlar üçün xeyriyyə aksiyası
Tarix: 26.08.2013 | Saat: 23:15:00 | E-mail | Çapa göndər


Heydər Əliyev Fondunun dəstəyi ilə Bakının əyləncə mərkəzlərindən birində uşaq evləri və internat məktəblərinin sakinləri üçün xeyriyyə aksiyası keçirilib. Tədbirdə paytaxtımızın üç uşaq müəssisəsindən 150 uşaq iştirak edib. Tədbirdə iştirak edən uşaqların sevinclərinin həddi-hüdudu olmayıb.
Meydançada sürüşənlərin, oyuncaq atlar üzərində, yelləncəklərdə əylənənlərin, maşın sürənlərin, su hövzəsindəki oyuncaqları idarə edənlərin, cəngəlliyə düşənlərin, hədiyyə udmaq istəyənlərin və bu kimi digər əyləncələrlə məşğul olanların səsləri bir-birinə qarışıb. Hamı şən, coşqun əhval-ruhiyyədə olub. Xətai rayonundakı 3 nömrəli uşaq evindən gəlmiş Leyla Qədirova doyunca oynadığını, hər şeyin çox yaxşı, maraqlı olduğunu bildirib. Bir neçə əyləncəyə qatıldığını deyən Leyla qorxulu tuneli xüsusilə vurğulayıb, orada həyəcan anlarını yaşasa da, tuneldən uğurla keçdiyini deyib. Bu bacarıqlı qız maşını da cəsarətlə sürüb. Leyla Qədirova Heydər Əliyev Fondu tərəfindən belə tədbirlərin mütəmadi keçirildiyini demiş və göstərilən böyük diqqət və qayğıya görə minnətdarlığını bildirib. Uşaqlar deyir, gülür, əylənir, oyun məkanlarını tez-tez dəyişirdilər. “Uddum, mən hədiyyə qazandım!” deyən 2 nömrəli uşaq evindən Nadir Qurbanov isə “Stinky feet”də hədəfə düşmüşdü. Onun sevinci yerə-göyə sığmayıb. Tramplindən sürüşən uşaqlar isə məkana çatanda ağız dolusu “hər şey yaxşıdır” deyə sevinclərini ətrafdakılarla bölüşüblər. Bolluca əylənən uşaqlar vaxtın necə keçdiyini hiss etmədiklərini bildiriblər. Mərasimin sonunda uşaqlar nahar edib və onlara Heydər Əliyev Fondunun hədiyyələri təqdim olunub.




 
Bölməyə aid digər xəbərlər
16.09.2019
İlin sonuna qədər 10-dək müavinət və təqaüd növü üzrə təyinat mexanizmi elektronlaşacaq
13.09.2019
Əhali 8 ayda təxminən 24 milyard manat bazarlıq edib və daha çox ərzağa pul xərcləyib
13.09.2019
Azərbaycanda işsizlik əhəmiyyətli dərəcədə azalıb
12.09.2019
“Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi Qaydası” təsdiq edilib
12.09.2019
Azərbaycanda 565 minə yaxın uşaq sosial təminat növləri ilə əhatə olunub

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Müəllimlərin dərs yükü norması artırıldı
3 Daxili İşlər nazirindən yeni təyinat
4 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info