Bakıda 7 məktəbin binası sökülərək yenidən tikilir
Tarix: 05.09.2019 | Saat: 10:34:00 | E-mail | Çapa göndər


2019-2020-cu dərs ilinə hazırlıq çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 6 məktəbdə əsaslı təmir işləri, 7 məktəbin mövcud binası sökülərək yenidən tikintisi davam etdirilir.
İdarədən Trend-ə verilən məlumata görə, 1 təhsil müəssisəsində yaranmış şagird sıxlığını aradan qaldırmaq məqsədilə əlavə korpus inşa olunur.
Həmçinin Bakı şəhərində Təhsil Nazirliyi tərəfindən 58 məktəbdə cari təmir işləri davam etdirilir.
Sabunçu rayonu ərazisində şagird sıxlığının aradan qaldırılması məqsədilə Heydər Əliyev Fondu tərəfindən Kürdəxanı qəsəbəsində 960 şagird yerlik yeni məktəb binasının tikintisi nəzərdə tutulur.
39, 113, 129 nömrəli tam orta məktəblərdə əsaslı təmir işləri aparılır, 97, 101, 155 və 300 nömrəli tam orta məktəblərin köhnə korpuslarının sökülərək yenidən tikintisi davam etdirilir. 154, 205 və 208 nömrəli tam orta məktəblərin isə bütövlükdə binalarının sökülərək yenidən tikintisi həyata keçirilir.
Bundan əlavə, ehtiyac olan ərazidə daha bir yeni məktəb (161 nömrəli tam orta məktəb) binasının tikintisi başa çatdırılıb.
90 nömrəli tam orta məktəbin köhnə korpuslarının sökülərək yenidən tikintisi, yeni korpusun əsaslı təmiri, 251 nömrəli tam orta məktəb üçün isə əlavə korpusun tikintisi planlaşdırılır.




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
“İlin sonuna problemli kreditlərlə bağlı əhalini sevindirəcək dəyişiklik gözlənilir”
21.09.2019
Alma bağı salanlara şad xəbər!
21.09.2019
Azərbaycanda ata övladına Ərdoğan adı qoydu
20.09.2019
AccessBank-da vakansiya
20.09.2019
Bankda işləmək istəyənlərin nəzərinə

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10897

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
4 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
5 Krasnoyarskdakı “Odlar Yurdu“ xalq mahnı və rəqs ansamblı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info