DGK Tibbi Xidmət İdarəsinin nümayəndə heyətinin Romaya səfəri davam edir
Tarix: 05.09.2019 | Saat: 12:16:00 | E-mail | Çapa göndər


Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyətinin İtaliyaya işgüzar səfəri çərçivəsində 4 sentyabr 2019-cu il tarixində iki mühüm görüş baş tutub. Günün birinci yarısında San Kamillo Forlanini Hospitalında keçirilmiş görüşdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov və Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, ürək-damar cərrahı Rəşad Mahmudov italiyalı həmkarları - San Kamillo Forlanini Hospitalının Tibbi Direktoru Dr Daniela Orazi, Kardiocərrahiyyə şöbəsinin müdiri Prof. Françesko Musumeçi, Mətbuat şöbəsinin mudiri Ms. Maria D`Amiko ilə gələcək əməkdaşlıq haqqında ətraflı danışıqlar aparılıb. Görüş zamanı mini invaziv kardiocərrahiyyə sahəsində qarşılıqlı əməkdaşlıq və gələcəkdə Mərkəzi Gömrük Hospitalında İnsult Mərkəzinin yaradılması perspektivləri müzakirə olunub. Görüş başa çatdıqda hər iki tərəf tərəfdaşlıq münasibətlərinin qurulmasında maraqlı olduqlarını bildiriblər.
Günün ikinci yarısında Kampus Bio-mediko Universitet Xəstəxanasında təşkil olunmuş görüşdə Ürək damar xəstəlikləri kafedrasının müdiri Prof. Germano Skiaskio, Kardiologiya Mərkəzinin Direktoru Dr. Françesko Grigioni, Endokrinoloji və Diabet Mərkəzinin Direktoru Prof. Paolo Pozzilli və xəstəxananın digər əməkdaşları iştirak ediblər. Onlar Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ilə kardiocərrahi əməliyyat sonrası xəstələr üçün reabilitasiya proqramları, həmçinin, ürək xəstəliklərinin genotipinin özəlliyinin öyrənilməsi sahəsində müştərək tədqiqatların aparılması haqqında fikir mübadiləsi aparıblar. Görüş başa çatdıqda İtaliya tərəfi səsləndirilmiş məsələlər üzrə Mərkəzi Gömrük Hospitalı ilə birgə layihədə iştirakın mümkünlüyünü nəzərdən keçirməyə hazır olduğunu bildirib.
Görüşlərin gedişində İtaliya tərəfinə Azərbaycanda səhiyyənin müasir vəziyyəti, Mərkəzi Gömrük Hospitalında göstərilən yüksək ixtisaslaşdırılmış texnoloji tibbi yardım və icbari tibbi sığortanın tətbiqi şəraitində Hospitalın inkişaf perspektivləri haqqında aktual məlumat təqdim edilib. Hər iki görüş Azərbaycanın İtaliyadakı səfirliyinin fəal dəstəyi ilə baş tutub.

Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
“Türk ocağı” Azərbaycanda bərpa olundu
21.09.2019
Bakı dünyanın 60 ən təhlükəsiz şəhəri sırasındadır
21.09.2019
Ekoloji sənədlərin verilməsi prosesi daha da asanlaşdırılacaq
20.09.2019
“Selcanın bütün dedikləri doğrudur“-Fuad Qəhrəmanlının ikinci qızı
20.09.2019
İçi dərmanla dolu 4 anbar aşkarlanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info