Minskdə Azərbaycanla bağlı nəşrlərin təqdimatı olub
Tarix: 05.09.2019 | Saat: 15:00:00 | E-mail | Çapa göndər


Belarusun paytaxtı Minskdə Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri, araşdırmaçı-jurnalist Fuad Hüseynzadənin “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı keçirilib.
Belarus-Azərbaycan İcmaları Konqresinin təşkilatçılığı ilə Belarus Dövlət Pedaqoji Universitetindəki Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində keçirilən təqdimatda Azərbaycan diasporunun üzvləri, tələbələr, Belarus ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbiri Belarus-Azərbaycan İcmaları Konqresinin sədr müavini Rövşən Əliyev açaraq kitabda haqqında yazılan insanların Azərbaycanın təbliği ilə bağlı gördükləri işlər barədə məlumat verib.
Müəllif Fuad Hüseynzadə çıxış edərək başda Belarus-Azərbaycan İcmaları Konqresinin sədri Natiq Bağırov olmaqla kitabın təqdimatına dəstək göstərənlərə öz minnətdarlığını bildirib.
O qeyd edib ki, bu kitab dövlət müstəqilliyimizin 25 illiyi münasibətilə hazırlanıb: “Əsas hədəfim xaricdəki soydaşlarımzın əlaqələrinin yaranması, həmrəyliyinin güclənməsidir”. Bildirib ki, kitabda 10 ildən artıqdır ki, diasporla bağlı müxtəlif KİV-lərdə çap olunan müsahibələrinin bir hissəsi yer alıb: “Ümumi olaraq burada 173 müsahibə toplanıb. 5 qitədəki aktiv soydaşlarımızdan və həmvətənlərimizdən alınan bu müsahibələr müxtəlif vaxtlarda dərc olunub. Kitabda Belarusda yaşayan 3 soydaşımızın da müsahibəsi yer alıb”.
Azərbaycanın Belarusdakı səfirinin birinci katibi Cavid İbayev çıxış edərək Azərbaycan diasporunun fəaliyyətinin təbliğində belə kitabların çapının əhəmiyyətli olduğunu deyib.
Digərləri də çıxış edərək kitabın çapını dünya azərbaycanlılarının həmrəyliyinin daha da gücləndirilməsi yolunda atılan müsbət addım kimi qiymətləndiriblər. Qeyd edilib ki, belə kitabların ingilis və rus dillərində də çap olunması önəmlidir.
Xatırladaq ki, bundan öncə kitabın Rusiya (Moskva, Krasnoyarsk və Samara şəhərlərində) İsveç, ABŞ, Yaponiya, İsrail, Qazaxıstan, Gürcüstan, Özbəkistan, Hollandiya, Litva və Ukraynada da təqdimatı keçirilib.
Qeyd edək ki, tədbir çərçivəsində “Turizmin internetdə təbliği yolları” adlı kitabçanın da təqdimatı olub. Kitabça Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Turizm ixtisası üzrə təhsil alan tələbələrin peşəkar vərdişlərinin formalaşdırılmasına dəstək" layihəsi çərçivəsində çap edilib.
Tədbirdə iştirak edən Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyinin sədri İlkin Ağayev deyib ki, məqsədləri Azərbaycan turizminin onlayn müstəvidə təbliğini gücləndirməkdir.
"Aristokrat" turizm şirkətinin Belarus nümayəndəliyinin rəhbəri Qəzənfər Məmmədov isə bildirib ki, Azərbaycana turist axınını artırmaq üçün dövlət tərəfindən turizmin təbliğinə yardım edilməlidir.
Təqdimatda Belarusun "Kali-Laska" turizim şirkətinin baş direktoru Nataliya Milevskaya, "Deyli Turs" şirkətinin baş direktoru Yekaterina Kondratyuk və "Tvoy Sled" turizm agentliyinin baş direktoru Yekaterina Konovalenko da iştirak ediblər. Onlar öz çıxışlarında Azərbaycanın turizm potensialının Belarusda təbliği üçün əməkdaşlığa və birgə layihələrin keçirilməsinə hər zaman hazır olduqlarını qeyd ediblər.
Tədbirin sonunda hər iki kitabın müəllifləri Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin rəhbəri Şəfiqə Məmmədovaya tədbirin keçirilməsi üçün şərait yaratdığına görə təşəkkür ediblər.




 
Bölməyə aid digər xəbərlər
18.09.2019
Əli Kərimli indi də Müsavatı idarə etməyə hazırlaşır?
18.09.2019
İki qardaş ölkənin dövlət bayraqları Təkaltı dağının zirvəsində
17.09.2019
AİDA ilə Pontifik Şərq İnstitutu Anlaşma Memorandumu imzalayıb
17.09.2019
Gültəkin Hacıbəylinin 2 maşınına və mənzilinə həbs qoyuldu
17.09.2019
Aslan İsmayılov və oğlu erməni casusun “qolları arasında“ - DTX-nı hərəkətə keçirəcək şok FOTOLAR

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10888

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
5 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info