Təhsil Nazirliyi Gürcüstandakı soydaşlarımıza 20 mindən çox dərslik və dərs vəsaiti göndərib
Tarix: 05.09.2019 | Saat: 15:03:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Təhsil Nazirliyi Gürcüstandakı soydaşlarımız üçün yeni dərsliklər göndərib. AZƏRTAC xəbər verir ki, 2019-2020-ci tədris ili üçün nəzərdə tutulan dərsliklər sentyabrın 5-də Gürcüstanın Elm, Təhsil, Mədəniyyət və İdman Nazirliyinə təhvil verilib. Ölkəmizin Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Sərxan İsmayılov jurnalistlərə bildirib ki, Azərbaycanın Təhsil Nazirliyi ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildən etibarən Gürcüstanda Azərbaycan dilində təhsil alan I-XI sinif şagirdləri üçün dərsliklər göndərir. Ümummilli Liderimizin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin tapşırığına əsasən, nazirlik bu il də Gürcüstana yeni dərsliklər göndərib. Sərxan İsmayılovun sözlərinə görə, bu günədək Azərbaycanın Təhsil Nazirliyi Gürcüstandakı soydaşlarımıza 600 minə yaxın dərslik və digər metodik vəsait göndərib. Bu gün isə Gürcüstan tərəfinə 20 min 622 ədəd Ana dili və ədəbiyyatı dərsliyi və müəllimlər üçün metodik vəsait təqdim olunub. Bu dərslik və metodik vəsait azərbaycandilli məktəblərə paylanacaq.




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
“Türk ocağı” Azərbaycanda bərpa olundu
21.09.2019
Bakı dünyanın 60 ən təhlükəsiz şəhəri sırasındadır
21.09.2019
Ekoloji sənədlərin verilməsi prosesi daha da asanlaşdırılacaq
20.09.2019
“Selcanın bütün dedikləri doğrudur“-Fuad Qəhrəmanlının ikinci qızı
20.09.2019
İçi dərmanla dolu 4 anbar aşkarlanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info