Azərbaycanla Rusiya arasında təhlükəsizlik sahəsində qarşılıqlı əməkdaşlıq üçün yeni imkanlar açılır
Tarix: 05.09.2019 | Saat: 15:56:00 | E-mail | Çapa göndər


Xəbər verildiyi kimi, sentyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə iki günlük rəsmi səfərdə olan Rusiya Federasiyasının Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevi və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının və Rusiya Federasiyasının Təhlükəsizlik şuralarının katibləri - Ramil Usubovla Nikolay Patruşev arasında da görüş olub. Görüşdə ölkələrimiz arasındakı əlaqələrin bütün sahələrdə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirən Ramil Usubov hər iki dövlətin başçıları - cənab İlham Əliyevin və cənab Vladimir Putinin siyasi iradələrinə uyğun olaraq ölkələrimiz arasında strateji tərəfdaşlığın, ən müxtəlif sahələr üzrə işbirliyinin və inteqrasiyanın daha da dərinləşdiyini məmnunluqla qeyd edib. O, eyni zamanda ikitərəfli münasibətlərdə təhlükəsizlik fəaliyyətinin də mühüm əhəmiyyət kəsb etdiyini deyib. Beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlığın yeni çağırış və təhdidlərinin artaraq qlobal xarakter aldığını nəzərə çatdıran R.Usubov ekstremizmi, aqressiv separatizmi təbliğ edən radikal elementlərin vaxtında müəyyənləşdirilməsi və qanunsuz fəaliyyətlərinin qarşısının alınması istiqamətində hər iki dövlətin müvafiq orqanları tərəfindən zəruri tədbirlərin bundan sonra da intensiv həyata keçirilməsinin vacibliyini vurğulayıb. Tədbirin yüksək səviyyədə təşkilinə görə azərbaycanlı həmkarına təşəkkürünü ifadə edən N.Patruşev Azərbaycanla əməkdaşlığın bütün istiqamətlərdə genişləndirilməsinə Rusiya tərəfinin hər zaman böyük önəm verdiyini, hazırki görüşün təhlükəsizlik sahəsində qarşılıqlı faydalı əməkdaşlıq üçün yeni imkanlar açacağına, sıx peşəkar əlaqələrin yeni məzmunla, müasir forma və metodlarla zənginləşməsinə xidmət edəcəyinə əminliyini bildirib. Səmimi və işgüzar şəraitdə keçən görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub. İki ölkənin Təhlükəsizlik Şurası katiblərinin görüşü çərçivəsində Rusiya Federasiyası Təhlükəsizlik Şurası katibinin müavini Rəşid Nurqaliyevlə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin rəhbərliyi ilə mövcud plana müvafiq olaraq terrorçuluğa, ekstremizmə qarşı mübarizə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, həmçinin informasiya təhlükəsizliyinin təmin olunması üzrə əməkdaşlıq məsələləri mövzusunda ekspert məsləhətləşmələri keçirilib.




 
Bölməyə aid digər xəbərlər
18.09.2019
Əli Kərimli indi də Müsavatı idarə etməyə hazırlaşır?
18.09.2019
İki qardaş ölkənin dövlət bayraqları Təkaltı dağının zirvəsində
17.09.2019
AİDA ilə Pontifik Şərq İnstitutu Anlaşma Memorandumu imzalayıb
17.09.2019
Gültəkin Hacıbəylinin 2 maşınına və mənzilinə həbs qoyuldu
17.09.2019
Aslan İsmayılov və oğlu erməni casusun “qolları arasında“ - DTX-nı hərəkətə keçirəcək şok FOTOLAR

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10888

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
5 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info