Şəmkirdə keçirilən əmək yarmarkasında maaşı 2200 manatdan artıq olan iş yeri təklif olunub
Tarix: 05.09.2019 | Saat: 15:59:00 | E-mail | Çapa göndər


Şəmkir Rayon İcra Hakimiyyəti və rayon məşğulluq mərkəzinin birgə təşkilatçılığı ilə əmək yarmarkası keçirilib. Yarmarkaya rayonun 24 müəssisə və təşkilatından 365 vakant iş yeri çıxarılıb. Bildirilib ki, yarmarkanın keçirilməsində məqsəd işəgötürənlərlə işsiz və işaxtaran vətəndaşların bilavasitə qarşılıqlı ünsiyyətinin təşkil edilməsi və bununla da işəgötürənlərin qısa vaxt ərzində müasir tələblərə cavab verə bilən ixtisaslı, peşəkar, təcrübəli kadr seçiminə geniş imkanlar yaratmaq, eyni zamanda işsiz və işaxtaran vətəndaşların mövcud vakant iş yerləri haqında məlumat almalarına və layiqli işlə təmin olunmalarına köməklik göstərilməsini təşkil etməkdir. Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov da iştirak edib və vakant verilmiş iş yerləri ilə yaxından maraqlanıb.
Alimpaşa Məmmədov rayonda əməktutumlu sahələrin inkişaf etdirilməsinin yerli əhalinin məşğulluğunun təmin olunmasında mühüm əhəmiyyəti olacağını bildirib.
Əmək yarmarkasına çıxarılan boş iş yerləri üçün minimum əməkhaqqı 250 manat, maksimum əməkhaqqı isə 2207 manat təşkil edib. Yarmarkada 98 nəfərə müvafiq iş yerlərinə göndəriş verilib, 21 nəfər peşə hazırlığı kurslarına, 12 nəfər isə haqqı ödəniləcək ictimai işlərə cəlb olunmaq üçün qeydiyyata götürülüb.




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
“İlin sonuna problemli kreditlərlə bağlı əhalini sevindirəcək dəyişiklik gözlənilir”
21.09.2019
Alma bağı salanlara şad xəbər!
21.09.2019
Azərbaycanda ata övladına Ərdoğan adı qoydu
20.09.2019
AccessBank-da vakansiya
20.09.2019
Bankda işləmək istəyənlərin nəzərinə

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10897

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
4 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
5 Krasnoyarskdakı “Odlar Yurdu“ xalq mahnı və rəqs ansamblı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info