Müxalifətin seçkidən-seçkiyə prinsipi...
Tarix: 26.08.2013 | Saat: 23:31:00 | E-mail | Çapa göndər


|

Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, Qaradağ rayon təşkilatının sədri
Cəmiyyətin dəstəyindən birmənalı şəkildə kənarda qalmış müxalif kəsim artıq 20 illik yanlış yolun sonuna yaxınlaşıb. İlin bütün rüblərində yoxa çıxan, ortalıqda görünməyən radikal müxalifət kəsimi ancaq seçki ilinə təsadüf edən dönəmlərdə görüntülənir. Qalan təqvimlərdə isə müxalifəti günün günorta çağı çıraqla da axtarsan tapmaq qeyri mümkündür. Sadəcə olaraq zaman kəsiyində varlıqlarını qoruyub saxlamağa çalışan müxalifət üçün publika ilə işləmək, cəmiyyətin mövqeyinin ifadəçisi kimi çıxış etmək tamamilə yad bir anlam daşıyır. Çünki müxalifət ancaq şəxsi maraqları müstəvisində olan proseslərdə inadkarlıq göstərməyə çalışır. 20 illik zaman kəsiyində müxalifətin Azərbaycan coğrafiyası daxilində baş verən istənilən siyasi, sosial proseslərdə mövcudluğu görünməyib. Cəmiyyət ancaq müxalifəti seçki ilində görə bilib. Öz maraqlarını xalqın maraqlarından üstün tutmuş müxalifətin məhz seçki dönəmində ortaya çıxması isə cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Elə bu səbəbdəndir ki, radikal müxalifət qatılmış olduğu bütün seçki proseslərində sosial dəstəyin himayəsindən uzaq qalır. Bu da sözsüz ki, rübdən-rübə müxalifətin geriləməsinə, onun sosial dayaqdan tamamilə məhrum olmasına açıq zəmin yaratmış olub. Eyni zamanda müxalifət tutmuş olduğu yanlış mövqeyi ilə cəmiyyətin hiddəti ilə üz-üzə qalası olub. Bu gün istənilən situasiyada insanlar İsa Qəmbərova, Əli Kərimova, Lalə Hacıyevaya, Eldar Namazova ikrah hissi ilə yanaşır. Bu bir tərəfdən onların 90-cı illərin əvvəllərində siyasi hakimiyyətdə olarkən xalqa olan münasibətləri konteksindən qaynaqlanırsa, digər tərəfdən müxalifətin 20 illik əks mövqeyində yol vermiş olduğu dərin sapmalardan irəli gəlib. Beləliklə, müxalifət yanlış yanaşma prinsipi ilə özü ilə sosial mühit arasında dərin çatlar yaradıb. Cəmiyyətlə müxalifət arasındakı uçurumun yaranma mexanizmi... 1993-cü ildən ölkəmizdə azad ədalətli seçki mühiti formalaşıb. Demokratik prinsiplər, şəffaf dəyərlər Azərbaycanda insanların azad seçim imkanına, vətəndaşın siyasi baxışlarına təbii ki, təsirsiz olmayıb. Məhz açıq bir cəmiyyətin formalaşdığı dönəmdə isə özlərinin şəxsi amplualarından kənara çıxa bilməyən radikal müxalifətin qalması sözsüz ki, birmənalı qarşılanmayıb. Bütün demokratik cəmiyyətlərdə müxalifətin mövcudluğu labüd olduğu üçün, Azərbaycanda da, siyasi sitem heç bir partiyaya və yaxud təşkilata müəyyən çərçivələr müəyyənləşdirmir. Amma başqa cəmiyyətlərdən fərqli olaraq bizim cəmiyyətdə müxalif kəsim öz mövcudluğuna ancaq şəxsi konteksdən yanaşır. Onlar düşünür ki, müxalifətdə olmaq konyunktur maraqlara xidmət etmək anlamı ilə eynilik təşkil etməlidir. Sözsüz ki, bu yanlışlıq radikal düşərgəni iflasdan bir metr də olsun uzaqlaşmağa imkan vermir. Belə olan halda müxalifət düşərgəsi öz varlığını qorumaq üçün kənardan dayaq axtarmağa çalışır. Onların özləri bunu etiraf etməsələr də, fakt odur ki, müxalifətin bu günə qədər varlığını qorumasında kənar qütblərin himayəsi əsas rol oynayıb. O kənar qüvvələr ki, onlar Azərbaycanda mövcud sistemə, xalqımıza dövlətimizə qarşı düşmən mövqeyindədir. Bu düşmənçilik prizması isə nə yazıq ki, ölkə daxilində özünə dayaq tapa bilib. Bu dayağın isə məhz müxalifətin üzərində qurulması kəsimin cəmiyyətdən hiddətdən başqa bir zərbə almamasına təminat vermiş olub. Nəhayətdə müxalifətin son seçkiyə qatılmaq əmrinin verilməsi... Seçki ili başlayar-başlamaz müxalifətə kənar qütblərdən gələn göstərişlər düşərgədə süni canlama yaranmasına stimul kimi dəyərləndirilə bilər. Çünki məhz kənar qüvvələrin sifarişləri və tapşırıqları müstəvisində müxalifət yetgililərinə rübdən-rübə dividentlər göndərilir. Bunun müqabilində isə onlardan tələb olunan prinsiplər müəyyənləşdirilir. 2013-cü il də hələ ötən təqvim ilindən müxalifət üçün ölü il kimi qiymətləndirilmişdi. Lakin sonradan məlum göstərişlər və diqtələr müxalifəti seçkiyə hazırlamaq oyunu adı altında müəyyən manevrlər etməyə başlatdı. Ardıcıl olraq radikal düşərgədə bir neçə təşkilat yaradıldı və sonradan bunun lüzumsuzluğu qərara alınaraq kənardan siyasətə aidiyyatı olmayan şəxsi oyuna qatmalı oldular. Müxalifətə 20 ildə olan bütün daxili küsülülüklər müstəvisində "gedin bir yerdə olun əmri verildi". Sonradan isə sadalanan şəxsi vahid namizəd kimi onlara sırıdılar. Başqa vaxtı öz aralarında heç bir güzəşt tanımayanlar bu dəfə ağızlarına su alıb dayandılar. Hətta müxalifət onlara "vahid namizəd" kimi təqdim olunan şəxsin başqa ölkədə daimi yaşamaq hüququnun olması, ikili vətəndaşlığından xəbəri ola-ola susdu. Nəhayətdə isə "indi öz içinizdən bir nəfər seçkiyə namizəd göndərin" göstərişi gəldi. Və müxalifət buna görə addım atmalı oldu. Təbii ki, olanlar cəmiyyətin gözü qarşısındaydı və burada düşərgənin durumu ilə bağlı artıq şərhə ehtiyac qalmamışdı. Beləliklə guya 20 ildən sonra müxalifət seçkiyə "vahid" namizədlə gedəsi oldu. Məlumdur ki, bu namizədi kimlər və necə müəyyənləşdiriblər. Əsas məlum olan odur ki, müxalifət seçkiyə kiminlə və necə getməyindən asılı olmayaraq seçkidə kimin maraqlarını ifadə etməyə çalışacaq...?




 
Müəllifin son yazıları

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”
3 “Karantin və sosial izolyasiya uşaqların psixoloji durumuna mənfi təsir edib”
4 “Təcavüzkar Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır”
5 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info