“Paşinyan yanlış yoldadır”
Tarix: 05.09.2019 | Saat: 16:47:00 | E-mail | Çapa göndər


Rusiyanın "Kommersant" nəşri Ermənistan Konstitusiya Məhkəməsinin son qərarına istinad edərək sabiq prezident Robert Koçaryanın həbsdən azad ediləcəyi barədə məlumat yayıb. Maraqlıdır ki, Rusiya nəşrinin bu məlumatına münasibət bildirən ermənilərin «Qolos Armenii» saytı, əslində, burada elə də bir yeniliyin olmadığını bəyan edib. Saytın fikrincə, Koçaryanın həbsdən azad edilməsi ilə bağlı qəm dəryasına batan təkcə hakim partiya nümayəndələridir. Erməni saytı Koçaryanın cinayət təqibinə bəraət qazandırmağa çalışan Ermənistanın Konstitusiya Məhkəməsinin daha çox çalışmaq cəhdinə də xüsusi diqqət ayıraraq, bunun böyük maraq doğurduğunu bildirir: «Belə görünür ki, birinci instansiya məhkəməsinin sentyabrın 12-nə təyin edilmiş işi üzrə növbəti iclasında Koçaryana qarşı seçilmiş həbs qətimkan tədbiri dəyişdiriləcək».
Qeyd edək ki, Koçaryanla bağlı son yaşantılara diqqət çəkən sayt yazır: «Belə olan halda, Ermənistanda bu günə qədər kimin-kimi həbsə saldırması ilə bağlı sual doğur? Bəli, ilk baxışda belə görünür ki, Nikol Paşinyan Robert Koçaryanı həbsə göndərib. Lakin bu, ilk baxışdan belə görünür. Əslində isə türmədə Koçaryan yox, Paşinyan «cəza çəkməkdədir». Çünki məhz «inadkar» Nikol Paşinyan «Koçaryan işi»nə görə böyük bir gölməçədə oturmaqdadır və hələ ki, bu gölməçədən çıxa bilmir».
Bu gölməçənin Paşinyan üçün bataqlığa çevrildiyini bildirən sayt Nikolun öz eqoizmini təmin etmək cəhdləri üzündən, bu bataqlığın daha da dərinləşdiyini bildirir.
Paşinyanın «mənim vəzifəm milli potensialın birləşməsi və inkişafı üçün real imkanlar yaratmaqdır»-deyə bəyan etməsi də onun özünə haqq qazandırmaq üçün seçdiyi variantlardan biridir. Əslində isə o, dövlətçiliklə bağlı yanlış yolda olduğunu artıq sübut elətdirib. Məsələ bundadır ki, bu məsələ ilə bağlı sadə xalq da çəkinmədən açıq şəkildə danışmaqdadır. Məsələn, Ermənistanı Rusiyanın yarımüstəmləkəsi kimi təqdim edib, Nikol Paşinyanın bu birtərəfli asılılığı aradan qaldırmaq üçün heç nə etmədiyinə irad bildirən erməni siyastəçi Varujan Avetisyan, Serj Sarkisyan dövrünün bundan yaxşı olduğunu da gizlətmir. Ermənilərin «1 in am» saytına danışan Avetisyan Paşinyanın “Nouvelle d’Arménie» nəşrinə verdiyi müsahibəsinin bəzi müddəalarının rəsmi xarakter daşımadığın bildirir. Onun fikrincə, Nikol Paşinyan Moskvadan nə qədər uzaqlaşdığı barədə bəyanatlar versə də, əslində o, Kremlə daha da yaxınlaşmaqdadır: «Lakin bütün bunlara baxmayaraq, Moskva onu devirib Ermənistanda məqbul və proqnozlaşdırılan bir idarəçi təyin etmək üçün əlindən gələni edir. Buna baxmayaraq, Moskva və onun maraqlarını Ermənistanda təmsil edən «beşinci kolon» hələlik obyektiv şəkildə uğur qazana bilməyib».
Ağasəf Babayev





 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Paşinyanın “Whatsapp” yazışmaları ortaya çıxdı
20.09.2019
Cermukda şagirdlər də tətilçilərə qoşulublar
20.09.2019
Rusiya-Türkiyə əməkdaşlığı erməniləri məyus edib
19.09.2019
Rusiyanın Dövlət Duması Xəzərin hüquqi statusu haqqında Konvensiyanı ratifikasiya edib
19.09.2019
“Paşinyan çevrilişdən qorxduğu üçün güc orqanları rəhbərlərini neytrallaşdırır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info