Artan büdcə imkanları əhalinin sosial rifahının yüksəldilməsi üçün istifadə olunur
Tarix: 05.09.2019 | Saat: 20:30:00 | E-mail | Çapa göndər


Sosial siyasətin əsasında insan amili, azərbaycanlı ailəsinin rifahı amili durur. Sosial müavinətlərin verilərkən ailədə uşaqların olması, uşaqların sayı da diqqətdə saxlanılır və ünvanlılıq prinsipi əsas götürülür
Son günlər uşaqlara verilən müavinətin bərpası ətrafında müzakirələr aparılır. Bu gün bir faktdır ki, ölkədə davamlı olaraq sosial islahatlar həyata keçirilir və məhz həmin sosial siyasətin əsasında insan amili, Azərbaycan ailəsinin rifahı amili durur.
İl ərzində dövlət minimum əmək haqqının və minimum pensiya məbləğinin kəskin artımına gedib. Bu isə dövlətin əhalinin maddi rifahının yüksəlməsi üçün daha böyük sosial yük götürdüyünü və məsələləri köklü şəkildə həll etmək niyyətini nümayiş etdirir. Təsadüfi deyil ki, sosial müavinətlərin verilməsi ilə ailədə uşaqların olması, uşaqların sayı da diqqətdə saxlanılır və ünvanlılıq prinsipi əsas götürülür. İyun ayının 18-də Prezident İlham Əliyev imzaladığı 17 sərəncamla əhalinin müdafiəsini gücləndirmək məqsədilə növbəti sosial paketi təsdiq edib. Beləliklə, sosial sahədə ilin əvvəlində atılan inqilabi addımların yeni mərhələsinə start verilib.
Prezident İlham Əliyev sosial-iqtisadi sahə ilə bağlı müşavirədə çıxışında da bildirib ki, bu ilin əvvəlində çox böyük sosial paket təsdiqlənib və bu sosial təşəbbüslər 4 milyondan çox insanı əhatə edir: “Çox önəmli addımlar atılmışdır – minimum əməkhaqqı, minimum pensiya əhəmiyyətli dərəcədə qaldırılmışdır. Birinci dəfə 40 faiz, ikinci dəfə də 40 faiz artmışdır, bu, artıq sentyabr ayından ödəniləcək. Minimum əməkhaqqı təxminən 2 dəfə qaldırılıb, 130 manatdan 250 manata çatdırılıb. Pensiya isə 116 manatdan 200 manata çatdırılıb. Bu da çox əhəmiyyətli artımdır və əlbəttə ki, buna böyük maliyyə vəsaiti lazımdır. Biz əlavə gəlirlərimizin demək olar ki, tam həcmini sosial sahəyə yönəldirik. Çünki sosial sahə bizim üçün prioritet sahədir və hər zaman bu sahə diqqət mərkəzində olub, bu gün də belədir. Azərbaycan vətəndaşlarının rifahı, onların yaşayış səviyyəsi daim diqqət mərkəzindədir və imkan daxilində biz bu məsələləri həll edirik. Onu da bildirməliyəm ki, bu sosial paketin həyata keçirilməsi üçün çox böyük maliyyə vəsaiti tələb olunur. Biz buraya təxminən 2 dəfə artımın olduğu sosial müavinətləri də əlavə edə bilərik. Məcburi köçkünlərə verilən müavinət 50 faiz artmışdır, problemli kreditlərlə bağlı olan məsələ öz həllini tapmışdır, digər sosial təşəbbüslər irəli sürülmüşdür və bu, bir daha onu göstərir ki, bizim siyasətimiz sosialyönümlü siyasətdir”.
Cari ildə həyata keçirilən sosial islahatlar əhalinin müxtəlif təbəqələrinə şamil olunur. Ölkə başçısı ilk növbədə qaçqın və məcburi köçkünlərin, şəhid ailələrinin durumunu diqqətdə saxlamaqla bu kateqoriyaya aid insanlara öz dəstəyini göstərdi. Şəhid ailələrinə istisnasız olaraq birdəfəlik müavinətlərin verilməsi, bu kateqoriyaya aid insanlara müavinətin 242 manatdan 300 manata, həmçinin Əfqanıstan müharibəsi veteranlarının müavinətinin 220 manatdan 300 manata yüksəldilməsi, məcburi köçkünlərə verilən aylıq müavinətlərin 50 faiz qaldırılması bunun əyani təzahürüdür. Həmçinin Prezident İlham Əliyevin sərəncamları ilə güc strukturlarında çalışan əməkdaşların maaşları sentyabrın 1-dən artırılıb.
2019-cu il ölkə əhalisi, xüsusilə, elmi işçilər, elmi-pedaqoji sahədə çalışanlar və doktorantlar, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələri üçün yaddaqalan olub. Belə ki, fevral ayının 14-də Prezident İlham Əliyevin imzaladığı “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” Sərəncamına əsasən, müvafiq kateqoriyalar üzrə təhsilalanların müəyyən edilmiş təqaüdlər artırıldı. Nəticə olaraq bu il martın 1-dən təqaüd alan tələbələrin sayı yeni tədris ilində 45 faiz olmaqla qarşıdakı tədris ilindən 50 faizdən az olmayan səviyyəyə çatdırılmasının hüquqi bazası yaradıldı. Hazırda elmlər doktoru hazırlığı üzrə doktorantlara - 300 manat, fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara - 180 manat, magistratura səviyyəsi üzrə təhsil alanlara akademik göstəricilərinə əsasən, 75 manatdan 170 manatadək, orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrə 50 manatdan 75 manatadək, peşə təhsili müəssisələrinin tələbələrinə isə 50 manat təqaüd verilir. Sərəncamın 110 minə yaxın tələbəyə şamil olunduğunu nəzərə alsaq, bu, 110 minə yaxın təhsil alanın sosial müdafiəsinin gücləndirilməsi deməkdir. İndiki anda rayonlardan olan tələbələrin böyük hissəsinin kirayənişin yaşadığını yada salaraq qeyd edək ki, təqaüdlərin artırılması tələbələrin sosial yükünün azaldılması baxımından əhəmiyyətlidir.
İyun ayının 18-də dövlət başçısının imzaladığı növbəti sərəncamlar sosial sahənin daim diqqətdə olduğunu bir daha təsdiqlədi. Həmin sərəncamları Azərbaycanda yeni iqtisadi islahatların növbəti mərhələsinin başlanğıcı kimi də qəbul etmək olar. Azərbaycanın maliyyə imkanlarının əhəmiyyətli dərəcədə artdığı dövrə təsadüf edən bu mərhələ isə vətəndaşlarımızın sosial rifahının yüksəldilməsinə real zəmin yaradır. O cümlədən, “Dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında” Sərəncamı ilə müəllimlərin aylıq vəzifə maaşları sentyabrın 1-dən orta hesabla 20 faiz artırıldı. Ümumilikdə isə yeni sərəncam 160 minə yaxın müəllimin rifahına mühüm dəstəkdir və onların orta aylıq əməkhaqqının 605 manata çatmasına imkan verir. Dövlət başçısının qeyd etdiyi kimi artan büdcə imkanları əhalinin sosial rifahının yüksəldilməsi üçün istifadə olunur. Bu istiqamətdə ardıcıl həyata keçirilən tədbirlər, güclü sosial siyasət yeni-yeni təşəbbüslərin gündəmə gətirilməsinə imkan verir və vətəndaş məmnunluğunu artırır.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
“İlin sonuna problemli kreditlərlə bağlı əhalini sevindirəcək dəyişiklik gözlənilir”
21.09.2019
Alma bağı salanlara şad xəbər!
21.09.2019
Azərbaycanda ata övladına Ərdoğan adı qoydu
20.09.2019
AccessBank-da vakansiya
20.09.2019
Bankda işləmək istəyənlərin nəzərinə

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10897

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
4 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
5 Krasnoyarskdakı “Odlar Yurdu“ xalq mahnı və rəqs ansamblı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info