“Cəngi“ etno-caz qrupu Rusiyada beynəlxalq festivalda iştirak edib
Tarix: 06.09.2019 | Saat: 00:05:00 | E-mail | Çapa göndər


Rusiyanın Sankt-Peterburq şəhərinin Şeremetyevo sarayındakı Musiqi muzeyində 4-cü dəfə "Dünya musiqiləri - 2019" etnik festivalı (10-11 avqust) keçirilib.
Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, festival Moskva və Sankt-Peterburq şəhərləri ilə yanaşı, Rusiyanın digər regionlarından və müxtəlif ölkələrdən ən yaxşı musiqiçiləri bir araya gətirir. Tədbirin proqramı etno-rok, etno-caz və etno-elektronika janrlarını əhatə edir. Festival həmçinin müxtəlif xalqların rəqs, poeziya və tətbiqi-dekorativ sənətini də əks etdirir.
Festivalda ölkəmizi Xalq artisti Mircavad Cəfərovun rəhbərlik etdiyi "Cəngi" etno-caz qrupu təmsil edib. Musiqi qrupunun tərkibinə Mircavad Cəfərov (ud), Mircavid Cəfərov (tar), Əməkdar artist Ruslan Hüseynov (bas gitara), Nicat Bayramov (zərb alətləri), Vasif Hüseynzadə (piano) və Əminə Kaykun (vokal) daxildir.
Festival haqqında təəssüratlarını bölüşən Xalq artisti Mircavad Cəfərov azərbaycanlı musiqiçilərin tədbirin açılış günündə səhnəyə çıxdıqlarını deyib: “Rusiyada bizi hər zaman böyük sevgi ilə qarşılayıblar. 90-cı illərdən mütəmadi olaraq bu ölkədə müxtəlif tədbir və festivallarda iştirak etmişik və həmişə də eyni istiliklə qarşılanmışıq. Kollektivimizin səmimi münasibətin əsas səbəblərindən biri də məhz caz-muğam janrında çıxışlarımızdır. Bu unikal sintez vasitəsilə musiqimizin bütün zənginliyini nümayiş etdirmiş oluruq. Festivalda bu dəfə də “Cəngi” öz mahir ifası ilə tamaşaçıları heyran etdi. Güclü alqışlar və minnətdarlıq sədaları ilə yekunlaşan konsertimizə rəhbərlik edən texniki heyət də bizə gözəl musiqimizə görə təşəkkür etdi. Bu da bir daha musiqinin xalqları birləşdirməsinin gözəl nümunəsi idi. Festivalın təşkilatçıları “Cəngi” kollektivinə təşəkkürnamə ünvanlamaqla yanaşı, Azərbaycanın Mədəniyyət Nazirliyinə də minnətdarlıqlarını bildirdilər. Çox möhtəşəm təşkil edilən festivalda ölkəmizi təmsil etmək bizim üçün böyük qürur oldu”.
Musiqiçi festivalda iştiraklarına göstərdiyi dəstəyə görə Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirib.
Qeyd edək ki, Mircavad Cəfərov “Dünya musiqiləri - 2019” festivalı çərçivəsində 150 nəfərlik auditoriya qarşısında ustad dərsləri də keçib. Ustad dərslərində Azərbaycan milli musiqi alətlərindən bəhs edilib.
“Cəngi” etno-caz qrupunun Rusiyaya növbəti səfəri oktyabr ayında reallaşacaq. Kollektiv bu dəfə Həştərxanda keçiriləcək Beynəlxalq Caz Festivalında ölkəmizi təmsil edəcək.




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
Amerika istehsalı olan “Möcüzə” filmi “Artım”da nümayiş ediləcək
22.09.2019
Milli Dram Teatrı mövsümü “Qarabağnamə” ilə açıb
22.09.2019
Tunc-İlk Dəmir dövrünə aid yeni kurqanlar aşkarlanıb
22.09.2019
Bakıda Beynəlxalq Sülh Günü ilə bağlı kitab sərgisi təşkil olunub
21.09.2019
Budapeştdə Macarıstan-Türkiyə Gülbaba Festivalı açılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info