Baham adalarında 70 min insanın ərzaq və içməli suya ehtiyacı var
Tarix: 06.09.2019 | Saat: 10:31:00 | E-mail | Çapa göndər



“Dorian” qasırğasının böyük zərər verdiyi Baham adalarında 70 min insanın ərzaq və içməli suya ehtiyacı olduğu bildirildi.

“Dorian” qasırğasının böyük zərər verdiyi Baham adalarına səfər edən BMT baş katibinin humanitar işlər üzrə müavini Mark Loukok (Mark Lowcock) jurnalistlərə telekonfrans vasitəsilə qasırğanın səbəb olduğu böyük təxribat haqqında məlumat verdi.
Loukok “Dorian” qasırğasının bu ana qədər Baham adalarının məruz qaldığı ən böyük qasırğa olduğuna və bölgənin daha əvvəl bu səviyyədə bir təbii fəlakətlə üzləşmədiyinə diqqət çəkərək: "70 min nəfərin ərzaq və içməli su kimi təcili humanitar yardıma ehtiyacı var" dedi.
Baham adalarının səhiyyə naziri Duane Sands da fəlakətlə bağlı açıqlama verdi, qasırğa səbəbindən 7 olaraq bildirilən ölü sayının 20-yə çıxdığını və bu sayın daha da artmasına görə narahat olduqlarını söylədi.
Ölkənin baş naziri Hubert Minnis Marş limanı ətrafındakı tikililərin 60 faizinə zərər dəydiyini qeyd etdi.
Kateqoriya 2 səviyyəsinə geriləyən və Amerika Birləşmiş Ştatlarının şərqinə doğru irəliləyən "Dorian" qasırğanın Florida və Corciya ştatlarına çatması və Cənubi və Şimali Karolina da təsirli olması gözlənilir.
ABŞ Milli Qasırğa Mərkəzi gücü azalan "Dorian" qasırğasının hələ də təhlükəli olduğu və sürəti saatda 177 kilometrə qədər azalsa da, sel və su basqınlarına səbəb ola biləcəyi barədə xəbərdarlıq etdi.




 
Bölməyə aid digər xəbərlər
24.09.2019
Tramp Jonsonun İranla yeni müqavilə təklifini alqışlayır
24.09.2019
Türkiyədə 30 mindən çox şəxs güc strukturlarından çıxarılıb
24.09.2019
Türkiyə ilə Aİ arasında imzalanan köçlə əlaqədar razılaşmasının nəticələri
24.09.2019
“Ərdoğanın qaçqınlara yardım məsələsinə dair konkret planı var“
23.09.2019
“Müharibəyə başlayan tərəf biz olmayacağıq“

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10897

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
4 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
5 Krasnoyarskdakı “Odlar Yurdu“ xalq mahnı və rəqs ansamblı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info