Vegetarian və veganların iflic olma riski daha yüksəkdir
Tarix: 06.09.2019 | Saat: 10:40:00 | E-mail | Çapa göndər



Vegetarian və veganların iflic olma riski ət yeyənlərə nisbətən daha yüksəkdir.

Bu nəticə İngiltərədə Oksford Universitetində aparılan tədqiqat işinə aiddir.
Əsas olaraq da, vitamin çatışmazlığı göstərilir.
Bir tərəfdə heyvan ətinin istifadə edilmədiyi vegetarian qidalanma, digər tərəfdə heyvan mənşəli məhsulları da rədd edən veqan qidalanma.
Son vaxtlar haqqında tez-tez bəhs edilən bu qidalanma tərzləri elm adamlarının da diqqət mərkəzindədir.
Oksford Universitetində aparılan tədqiqat işinin nəticələrinə görə, qidalanmada tərəvəzə üstünlük verənlərdə ürək çatışmazlığı riski daha aşağıdır.
Lakin vegetarian və veganların iflic olma riskləri ət yeyənlərə nisbətən daha yüksəkdir.
Tədqiqatda ürək çatışmazlığı və iflic keçmişi olmayan 48 mindən çox yetkin sınanılanın qidalanma vərdişləri 1993-ci ildən bu yana fasilələrlə təqib edildi.
Vegetarianların qırmızı ət yeyənlərə nisbətən 22 faiz daha az ürək xəstəliklərinə yaxalandıqları müəyyən olundu.
Lakin 20 faiz daha çox iflic olduqları da ortaya çıxdı.
Mütəxəssislərə görə, iflic riskinin yüksək olması B12 və D vitaminlərinin çatışmazlığından irəli gəlir.
Amma qəti söz demək üçün hələ çox tezdir.
Çünki tədqiqat işi hələ sona çatmayıb və fərqli coğrafiyalarda necə bir nəticə əldə ediləcəyi məlum deyil.




 
Bölməyə aid digər xəbərlər
26.01.2020
Çində yayılan koronavirusdan sağalmaq olurmu?
25.01.2020
Yaşlanmanı dayandırmağın yolu
24.01.2020
Market çaylarını içməyi dayandırın
23.01.2020
Öpüşürərək görüşməyi tərgidin!
22.01.2020
Arının ölüsü də insan üçün xeyirlidir

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11440

1 Batumidə Qanlı Yanvar şəhidlərinin xatirəsi anılıb
2 20 Yanvar münasibətilə Koreyada 400 nəfər imkansız insana yemək paylanılıb
3 Abşeronda kişi keçmiş arvadının boğazını kəsib
4 Çalışacağıq ki, futbol pərəstişkarları məmnun qalsınlar
5 Turizm şirkətlərinə mülki məsuliyyət sığortası tətbiq ediləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info