Naxçıvanda sosial qayğıya ehtiyacı olan uşaqlara məktəbli forması və dərs ləvazimatları verilib
Tarix: 06.09.2019 | Saat: 13:13:00 | E-mail | Çapa göndər


Naxçıvan Muxtar Respublikası Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə 15 sentyabr – Bilik Günü münasibətilə aztəminatlı, valideynlərini itirmiş, sağlamlıq imkanları məhdud uşaqlara məktəbli forması və dərs ləvazimatları verilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində keçirilən tədbirdə Təhsil naziri Rəhman Məmmədov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış ediblər.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası nəticəsində bu kateqoriyadan olan uşaqların təhsilə cəlbi sistemli xarakter alıb. Proqramın icrasından ötən dövr ərzində həmin uşaqlar məktəbəqədər, ümumtəhsil, məktəbdənkənar təhsil müəssisələrinə cəlb olunublar.

Diqqətə çatdırılıb ki, muxtar respublikada audio və elektron kitabxana xidmətləri, Distant Tədris Mərkəzi yaradılıb, görmə qabiliyyəti məhdud uşaqlar üçün brayl kursları təşkil olunub. Nitq problemləri olan uşaqlar üçün isə Defektoloji bölmə fəaliyyətə başlayıb, multisensorlu, kinekt və əmək terapiyası xidmətləri yaradılıb. Həyata keçirilən kompleks tədbirlər öz bəhrəsini verib, sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbinin davamlılığı təmin edilib.
Sonda aztəminatlı ailələrdən olan, valideynlərini itirən və ya valideyn himayəsindən məhrum olan məktəbli uşaqlara, sağlamlıq imkanları məhdud şagirdlərə məktəbli formaları, çanta və dərs ləvazimatları verilib.

Qeyd edək ki, hər iki valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 44, sağlamlıq imkanları məhdud 284, aztəminatlı ailələrin övladlarından isə 42 olmaqla, ümumilikdə, 370 məktəbli təhsil sovqatı ilə sevindirilib. Distant tədrisə cəlb edilən hərəkət qabiliyyəti məhdud uşaqlara isə məktəbli formaları və dərs ləvazimatları evlərində təqdim olunub.
Tədbirdə iştirak edən valideynlər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Muxtar respublikanın rayonlarında da oxşar tədbirlər keçirilib.




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
Sabah ölkə ərazisində 27 dərəcə isti olacaq
22.09.2019
Qubanın Qırız və Xınalıq kəndlərinə qar yağıb
21.09.2019
Bazar günü Bakıda intensiv yağış, bəzi rayonlarda sulu qar, qar yağacaq
21.09.2019
Güclü küləklə əlaqədar hər kəsi ehtiyatlı olmağa çağırırıq
20.09.2019
“Məntiq-2019” intellektual bilik yarışı üzrə Masallı birinciliyi keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info