Peneveyre: “Azərbaycandakı sosial sahədə aparılan islahatları maraqla izləyirəm”
Tarix: 06.09.2019 | Saat: 13:18:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində İsveçrə Konfederasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Muriel Peneveyre və İsveçrə Əməkdaşlıq Ofisinin rəhbəri Simone Haeberli ilə görüş olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu-sosial iqtisadi siyasətinin nailiyyətləri barədə məlumat verən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev ölkəmizdə sosial sahədə mühüm irəliləyişlərin əldə olunduğunu bildirib. Nazir diqqətə çatdırıb ki, cari ildə minimum əmək haqqı və maaşların, müavinət və təqaüdlərin, minimum pensiyanın artırılması, vətəndaşların problemli kreditlərlə bağlı çətinliyinin aradan qaldırılması ümumilikdə, bu ilki sosial islahatlar birbaşa olaraq 4,2 milyon insanın yaşayışına mühüm dəstək olub. S. Babayev əmək, məşğulluq, sosial müdafiə sistemlərinin müasir iş prinsipləri üzərində təkmilləşdirilməsi, DOST layihəsi ilə əhaliyə dövlət sosial xidmətlərinin bir pəncərə prinsipi üzrə təşkili, elektron sistemlərin tətbiqinin genişləndirilməsi sahəsində aparılan islahatlar barədə məlumat verib.
Daha sonra nazir S.Babayev Azərbaycan İnvestisiya Mühiti və Aqrobiznes Rəqabətliliyi Layihəsi çərçivəsində İsveçrə Əməkdaşlıq Ofisi və İsveçrə İqtisadi İşlər üzrə Dövlət Katibliyi (SECO) ilə uğurlu əməkdaşlığın davam etdirildiyinin bildirib. O da vurğulanıb ki, Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, DƏMX-in potensialının artırılması məqsədilə risk əsaslı yoxlamaların aparılması üçün müasir metodologiyalar və prosedurların işlənməsi, risklərin təhlili və qiymətləndirilməsi sahəsində Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Nazirliyə göstərdiyi texniki dəstək SECO ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.
M.Peneveyre ölkəmizdə sosial sahədə aparılan islahatları maraqla izlədiyini, iki ölkə arasında müvafiq sahələr üzrə əməkdaşlıq əlaqələrinin, təcrübə və məlumat mübadilələrinin bundan sonra da genişləndirilməsinin əhəmiyyətli olduğunu vurğulayıb.
Görüşdə Azərbaycan ilə İsveçrə arasında sosial xidmətlərin vahid pəncərə prinsipi əsasında təşkil olunması, əlilliyi olan şəxslərin reabilitasiyası, Nazirliyin əməkdaşları üçün müxtəlif təlimlərin təşkil olunması və s. sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
“İlin sonuna problemli kreditlərlə bağlı əhalini sevindirəcək dəyişiklik gözlənilir”
21.09.2019
Alma bağı salanlara şad xəbər!
21.09.2019
Azərbaycanda ata övladına Ərdoğan adı qoydu
20.09.2019
AccessBank-da vakansiya
20.09.2019
Bankda işləmək istəyənlərin nəzərinə

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10897

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
4 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
5 Krasnoyarskdakı “Odlar Yurdu“ xalq mahnı və rəqs ansamblı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info