AXCP-dən istefa verən cəbhəçi Əli Kərimlini “məhv etdi”
Tarix: 06.09.2019 | Saat: 13:34:00 | E-mail | Çapa göndər


“Hər üç aydan bir 2 saatlıq mitinqlər keçirməklə, işini bitmiş hesab edir, partiyadaşlarını günahsız yerə həbsxanalara doldurmaqla, özünə müəyyən dividend qazanmağı xoşlayır”

Müxalifətin sosial bazası ilbəil zəifləməkdə davam edir. İş o yerə çatıb ki, özünü “ana müxalifət” adlandıran Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) uzun illərdir ki, dəyişməz qalan sədri Əli Kərimli hər hansı bir yürüşə və ya anım tədbirinə 100-200 nəfəri zorla toplayıb öz ardıyla apara bilir. Bu adamın “milli şura” adına təşkil etdiyi mitinqlər “Məhsul” stadionu kimi balaca bir məkanda kütləvilik yarada bilmirdi... “Məhsuldar”lığın aşağı olduğunu görən AXCP rəhbəri, naəlac, yanvarda ReAl Partiyasının da gücündən və Mehman Hüseynov amilindən yararlanaraq, ilk dəfə stadionu zorla doldura bildi. Yəni bütün bunları ona görə xatırlatdıq ki, son bir ayda yalandan sosial şəbəkələrdə partiya sıralarına, guya onlarla, yüzlərlə adamın qoşulduğunu iddia edən bu adam arada öz partiyadaşları tərəfindən də ifşa olunur. Yəni, əslində bəlli olur ki, partiya sıralarına qoşulanlar yox, partiyanı tərk edənlərin sırası genişlənir. Məsələn Namiq Sadıqlı adlı cəbhəçi özünün “Facebook”dakı profilində AXCP ilə yollarının ayrıldığını bəyan edib. Maraqlıdır ki, özgə vaxtı demokratiya, ədalət, insan haqq və hüquqlarından, konstitusiyada sərbəst toplaşmaq, düşünmək və s azadlıqlardan dəm vuran cəbhəçilər və trol cəbhəçi profilləri dərhal həmin şəxsin statusuna axışaraq ona olmazın sözlərini deyiblər. Əslində isə adam həqiqəti, real durumu əsas gətirərək sadəcə partiyadan çıxdığını bəyan edib, Əli Kərimli haqında təhqiramiz ifadələr belə, işlətməyib. Amma ona yağan təhqirlər, doğrudan da, AXCP-nin hələ də 90-cı illər təfəkküründə qaldığını aşkar şəkildə göstərmiş oldu. Namiq Sadıqlı statusunda yazıb:
“Dostlar çox düşündükdən sonra Əli Kərimlinin özəl şəxsi partiyasından istefa addımını atdım. Bir neçə səbəbləri yazacağam ki, cəbhədə qalan, hörmətimi saxlayan və dəyər verdiyim kifayət qədər cəbhəçi dostlarım məndən inciməsinlər. Bu addımı əvvəldən atmışdım, bəlkə düzələr deyə, gözləyirdim. Səbəbləri ən azı 12 bənd olaraq göstərirəm.
1. Siyasi rəqiblərinə qarşı öz əlaltıları vasitəsilə iyrənc söyüşlü kampaniya apardığını qəbul edə bilmədiyim üçün.
2. Azad, fərqli düşüncəli, onu tərifləməyən, tənqid edənlərə hücum etdiyi üçün.
3. Özündə güc tapıb, son həbs edilən, hakimiyyəti sərt tənqid edən Elvin İsayevə nəinki dəstək, əksinə, ona dəstək verən üzvlərə troll hücumu etdirdiyi üçün.
4. Özünü demokrat lider adlandırıb, əksinə, diktatorluğa daha çox meyillilik göstərdiyi üçün.
5. Neçə illərdir 50 dən çox partiya sədrindən heç birinin adını çəkməyərək, birliyə çağırmadığı üçün.
6. Neçə illərdir hakimiyyəti dəyişmək deyil, yalnız ana müxalifət kürsüsünü qoruyub saxladığı və təkəbbürlükdən əl çəkmədiyi üçün.
7. Hər üç aydan bir 2 saatlıq mitinqlər keçirməklə, işini bitmiş hesab etmək, partiyadaşlarını günahsız yerə həbsxanalara doldurmaqla, özünə müəyyən dividend qazanmağı xoşladığı üçün.
8. Şəxsinə yazdığım məktublarımı oxuyaraq, cavab verməməklə, hörmətsizlik etdiyini gördüyüm üçün.
9. Yeni nəfəs, yeni siyasi simalar ortaya çıxan kimi, onlara qarşı “hakimiyyətə işləyirsən” damğası vurmaq, cəmiyyətdə gözdən salmaq üçün sosial şəbəkələr üzərindən min cür qarayaxmalar hazırladığı üçün.
10. Dildə demokratiyadan danışan bu şəxs, “mənim yanımda deyilsənsə, bizdən deyilsən” deməklə, yalnız tərifləri qəbul edib, tənqid edənləri, agent adlandırdığı üçün.
11. “Elçi TV” “YouTube” kanalı vasitəsilə Əli Kərimliylə yanaşı, digər siyasi xadimlərin video çıxışlarını yayımladığımı həzm edə bilmədiyi üçün.
12. Daha nə yazım dostlar? Çox gözlədim ki, özünü lider kimi cəmiyyətə məcburi sırımaq istəyən bu partiya sədri, bəlkə düzələr, bəlkə hakimiyyətə gəlmək üçün siyasi mübarizə adamlarıyla isti münasibətlər qurub birləşməyə başlayar, əksinə, yanıldığımı tam olaraq hiss elədiyim üçün.

Ortaya çox maraqlı bir mənzərə çıxır. Namiq Sadıqlının profilində kifayət qədər Əli Kərimlinin təbliğatını aparan status və fotoların, eləcə də yalnız müxalif fikirli paylaşımların olmasını gördükdə, sual yaranır ki, niyə Əli Kərimlini vaxtilə bu qədər təbliğ edən adam bezib və ya “bəsirət gözünün” açıldığını hiss edib partiyadan istefa verdi? Əslində, cavab çox sadədir. Mətbuat olaraq, daim yazmışıq, səhvlərini, yanlışlarını, radikallıqlarını və ortaya normal siyasi mübarizə qoymamaqlarını daim radikal müxalifət partiyalarına demişik, yazmışıq, iradlarımızı qələm dili ilə bildirmişik. Yazdıqlarımızın içində isə bax bu yoldaşın nümayişkaranə şəkildə qeyd etdiklərini daim xüsusi vurğulamışıq. Hətta ilk dəfə deyil ki, AXCP sıralarından uzaqlaşan biri bu cür oxşar səbəblər göstərir. Yəni doğrudan da o partiyada qalan az saylı müxalifətçilər Əli Kərimlinin dominantlıq sevdasından, nəinki sadə cəbhəçiləri, elə partiya rəhbərlərini də qurban verib həbslərə atdırmaq və bunun üzərindən xaricdəki havadarları ilə birgə siyasi şoular düzəltməkdən, müxalifəti birləşdirmək əvəzinə, daim öz həmkarlarına, digər müxalifət partiyalarına rəqib gözüylə baxıb müxtəlif düşmənçiliklər, qalmaqallara imza atmaqdan və digər bu kimi anormallıqlardan beziblər. Özünüz düşünün, bəlkə elə ən çox onun uzun illərdir ki, partiyada yalnız “lider mənəm” deyib sədr kimi qalmasından beziblər? Bəlkə elə Namiq Sadıqlı daha çox istəyirdi ki, məsələn, bir üç il də Fuad Qəhrəmanlı partiyada rəhbər olsun? Yaxud da yeniliklər gəlsin partiyaya, hansısa savadlı bir gənc partiyada gəncləşdirmə siyasəti aparsın? Əlbəttə, bütün bunlara 90-cı illərdən üzü bu yana müxalifətin ən böyük problemi olan Əli Kərimli imkan verməzdi və bundan sonra da verməyəcək. Çünki ortada həm də yaxşı maddi maraqlar, qrantlar, çirkli, qaranlıq mənbələrdən gələn vəsaitlər, mühacir biznesi, “mitinq-mitinq” oyunlarından əldə olunan dividendlər var!
Qısası, bu gün sadə bir cəbhəçinin dilindən yazılan üsyan xarakterli bir istefa yazısını sizə təqdim etdik. Amma partiyada xeyli insan da var ki, istefa vermək istəyir, bəlkə də məhz Namiq Sadıqlıya olan o təhqiramiz, söyüş dolu hədələrdən həya edib, susub durur. Əlacsız susub durur! Bax beləcə, AXCP və onun sədri 10 il əvvəl necə idisə o cür də qalıb, elə də davam edir. İstefalarla, müxalifət partiyaları ilə dava- qovğalarla və s. kimi neqativ hadisələrlə...

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
24.09.2019
“Şərq-Qərb”, “Şimal-Cənub“ beynəlxalq nəqliyyat dəhlizləri və Azərbaycanın geoiqtisadi maraqları
24.09.2019
XİN: Azərbaycan təmas xəttində baş verən hadisəni araşdıracaq və onu törədənlər cəzalandırılacaq
24.09.2019
Nyu-Yorkda Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyan arasında görüş keçirilib
24.09.2019
Xarici işlər naziri ATƏT-in Baş Katibi ilə görüşüb
24.09.2019
Ermənistanın son bəyanatları sübut edir ki, hazırkı hökumət beynəlxalq hüququn kobud şəkildə pozulması yolunu davam etdirir

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10897

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
4 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
5 Krasnoyarskdakı “Odlar Yurdu“ xalq mahnı və rəqs ansamblı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info