Masallıda icbari tibbi sığorta haqqında maarifləndirmə tədbiri keçirilib
Tarix: 06.09.2019 | Saat: 15:34:00 | E-mail | Çapa göndər


6 sentyabr 2019-cu il tarixdə Masallı şəhərinin Heydər Əliyev Mərkəzində “Sağlamlığa xidmət” İctimai Birliyinin təşəbbüsü və Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “İlkin səhiyyə xidməti sahəsində çalışan tibb işçilərinin və ümumi əhalinin icbari tibbi sığorta mexanizmi barədə məlumatlılığının artırılması” layihəsi çərçivəsində maarifləndirmə tədbiri keçirilib.
SİA-nın bölgə müxbirinin məlumatına görə, tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin məsul nümayəndələri, rayon və şəhər dairə inzibati ərazi nümayəndəliyinin rəhbərləri, təhsil və mədəniyyət işçiləri, məktəb və uşaq bağçalarının direktorları, rayon Mərkəzi Xəstəxanasının tibb heyəti və rəhbərliyi, vərəm əleyhinə xəstəxananın nümayəndələri və rəhbərliyi, rayon ərazisində fəaliyyət göstərən sahibkarlar, yerli QHT-lər, Azərbaycan Qızıl Aypara cəmiyyətinin regional bölmə əməkdaşları, digər maraqlı şəxslər və media nümayəndələri iştirak ediblər.
Tədbirin məqsədi iştirakçıları 1 yanvar 2020-ci ildən bütün ölkədə tətbiq olunacaq İcbari Tibbi sığorta sistemi barədə məlumatlandırmaq idi.
Masallı RİH-nin məsul nümayəndəsi Nigar Kərimova tədbir iştirakçılarını və qonaqları Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynovun adından salamlayaraq icbari tibbi sığorta sistemi haqqında maarifləndirmə tədbirini təşkilinə görə minnətdarlığını bildirib.
Masallı vərəm əleyhinə xəstəxananın baş həkimi Mirrəhim Nəbiyev icbari tibbi sığortanın tətbiqinin Azərbaycanda səhiyyə sistemlərinin təkmilləşdirilməsinə, ailə həkimliyi, o cümlədən vərəm kimi bir çox xəstəliklərin erkən fazada aşkar olunmasında mühüm rol oynayan ilkin səhiyyə xidmətlərinin yaxşılaşdırılmasına təkan verəcəyini bildirdi. Daha sonra “Sağlamlığa xidmət” İctimai Birliyinin sədri Elçin Muxtarlı tədbir iştirakçılarını salamladı və tədbirin önəmindən söz açdı.
“İlkin səhiyyə xidməti sahəsində çalışan tibb işçilərinin və ümumi əhalinin icbari ttbbi sığorta mexanizmi barədə məlumatlılığının artırılması” layihəsinin rəhbəri Pərvanə Vəliyeva icbari tibbi sığorta haqqında əhatəli təqdimatla çıxış etdi.
Sualları həkim-ekspert Samirə Muxtarova və Pərvanə Vəliyeva tərəfindən cavablandırıldı. Tədbir iştirakçılarının Sığorta mexanizmi barədə irad və təklifləri qeyd edildi və layihənin sonunda hesabat şəklində aidiyyəti dövlət qurumuna təqdim olunacaqdır.
Daha sonra tədbirdə iştirak edən “İnkişafa doğru qadın təşəbbüsləri” İctimai Birliyinin sədri Ziba Nəbiyeva icbari tibbi sığorta sisteminin ölkə əhalisinin sosial rifahını və sağlamlığını yaxşılaşdıracağını qeyd edərək, hər kəsi bu sistemin iştirakçısı olmağa dəvət etdi.
Azərbaycan "Qızıl Aypara" cəmiyyətinin layihə koordinatoru Mətanət Qaraxanova İcbari tibbi sığortanın ölkəmiz üçün əhəmiyyətindən danışaraq, bu islahatın nəticəsi olaraq tibb işçilərinin nüfuzunun və əmək haqlarının artırılmasının sevindirici hal olduğunu qeyd etdi. Sonda layihə çərçivəsində hazırlanmış maarifləndirici sosial videoçarx nümayiş olundu. Tədbir şəhər parkında və digər ictimai məkanlarda səyyar maarifləndirmə ilə davam edib. Əhaliyə maarifləndirici bukletlər paylanılıb, onların icbari tibbi sığorta sisteminə münasibəti və təklifləri öyrənilib.

Əlihüseyn Şükürov




 
Bölməyə aid digər xəbərlər
26.09.2020
Azərbaycanda 108 nəfər koronavirusa yoluxdu, 131 nəfər sağaldı, 2 nəfər vəfat etdi
25.09.2020
Ədliyyə Nazirliyi: Bu il 2 minə yaxın məhkum vaxtından əvvəl cəzadan azad olunub
25.09.2020
Baş nazir təhsil müəssisələrində köçürmələrlə bağlı qərara dəyişiklik edib
25.09.2020
Azərbaycanda 101 nəfər koronavirusa yoluxdu, 137 nəfər sağaldı, 2 nəfər vəfat etdi
24.09.2020
Azərbaycanda 162 nəfər koronavirusa yoluxdu, 133 nəfər sağaldı, 1 nəfər vəfat etdi

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11603

1 Təhsil müddəti ümumi pensiya stajına daxil ediləcək
2 Azərbaycan Turizm Assosiasiyası ekspertlər səviyəsində fəaliyyətini genişləndirir
3 Ac qarına bir siqaret 10 ədədə bərabərdir – Xərçəngə yaxınlaşdırır
4 BDU ölkədə təhsil islahatlarının həyata keçirilməsində önəmli rol oynayır
5 Osloda Nizami Gəncəvi adına həftəsonu məktəbi fəaliyyətə başlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info